"İran nə üçün Ermənistanla münasibəti yaxın saxlamaq fikrindədir?" - ŞƏRH

07 oktyabr, 2021 16:40

“İran hər zaman Rusiya ilə çox yaxın münasibətlər siyasətini aparıb. Ancaq bir məqam var ki, belə bir səfər Azərbaycanla münasibətlərin mürəkkəbləşməsi fonunda baş verir”. 

Bunu yenisabah.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib. İran və Rusiya XİN rəhbərlərinin görüşünün nəticələrini şərh edən politoloqun sözlərinə görə, görüş zamanı İran Xarici İşlər naziri cavablarında Moskva ilə səmimi münasibətdə olduğunu gizlətmədi. “Ancaq bu o demək deyil ki, Rusiya onu tam mənada  dəstəkləyir və Azərbaycanla münasibətlərin mürəkkəbləşməsi üçün yaşıl işıq yandırır” – deyə F. Sadıxov düşünür.

Politolqun sözlərinə görə, əslində Lavrov regionda sülh və əminamanlığı dəstəkləyir və bunun üçün çalışır:

”Faktiki olaraq, belə yaranmış vəziyyətdə  yeni bir gərginlik yaratmaq Rusiyanın maraqlarına xidmət etmir.” 

F.Sadıxov İranın Azərbaycanla münasibəti dəyərləndirib: “İranın diplomatik addımları hər zaman ziddiyyətli olub. Bir tərəfdən onlar bizi günahlandırır ki, biz terrorçuları dəstəkləyirik və beləliklə öz torpaqlarımızı qoruyuruq. Digər tərəfdən bəyan edir ki, bizimlə və Ermənistanla münasibətlərini normal saxlamaq fikrindədir. 

Axı bir sual hər kəsi maraqlandırır, nə üçün İran Ermənistanla münasibəti yaxın saxlamaq fikrindədir? Bu 30 il ərzində İranın belə ritorik ifadələrindən başqa bir şey eşitmədik və görmədik. Əksinə, biz Ermənistana köməyini gördük. Və bu yardım tək humanitar yardım deyildi, köməyin digər növləri də var idi. Elə buna görə İslam həmrəyliyi haqqında çox gurultulu bəyanatlar verən ölkə, düşünürəm ki heç də bu istiqamətdə faktiki olaraq siyasət aparmır.” 

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR