ABŞ-ın nüfuzlu jurnalında "İranın daxili müharibəsi" adlı məqalə dərc olunub

07 oktyabr, 2021 21:31

ABŞ-ın nüfuzlu “Foreign Affairs” jurnalının sonuncu sayında İranın daxili və xarici siyasətində yaxın və uzaq perspektivdə baş verə biləcək dəyişikliklərdən bəhs edən “İranın daxili müharibəsi” adlı məqalə dərc olunub.

Məqalədə son günlər ərzində Azərbaycan-İran münasibətlərinin pərdəarxasında müşayiət olunan dinamika barədə fikirlərə də geniş yer verilib.

Yazıda İranın daxili siyasətindəki parçalanmaları göstərmək üçün 2015-ci ilin aprelində mətbuata sızdırılmış məxfi audiofayl barədə də məlumat verilib.Bildirilib ki, audiofaylda xarici işlər naziri Cavad Zərifin İranın xarici siyasətinin davamlı olaraqİran İslam İnqilabı Keşikçiləri Korpusunun xidmətində olduğunu deməsi eşidilir.

Müəllifin fikirlərinə əsasən, İbrahim Rəisinin hakimiyyətə gəldiyi sosial-iqtisadi şərait də İranın öz daxili və xarici siyasətində müəyyən dəyişiklikləri şərtləndirir. Qlobal pandemiya və ABŞ sanksiyalarının orta təbəqənin demokratiya arzularının tədricən kollektiv izolyasiya və "qurban verilmə" hissləri ilə əvəzlənməsinə səbəb olduğundan söz açılıb.

Məqalədə mövcud siyasi xəttin İranın dünya, o cümlədən ABŞ-la olan münasibətlərini dəyişə biləcəyi vurğulanıb. Bildirilib ki, ABŞ və İran arasında böyük razılaşma üçün imkan pəncərəsi güman ki artıq qapanıb. İran və ABŞ toqquşmaya aparan yolda irəliləyirlər.

Eyni zamanda İbrahim Rəisinin prezident seçilməsi ilə İranın daxili siyasi çəkişmələrinin sona çata biləcəyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Rəisi İranın teokratik sisteminin sadiq funksioneridir, onilliklər ərzində prokuror və hakim vəzifələrində çalışarkən minlərlə siyasi məhbusun, solçu silahlı birləşmələrin cəzalandırılmasında aktiv rol oynayıb. Bu isə İranın ənənəvi, mühafizəkardairələrinin uzun illər tutduğu siyasi xətdən olduqca uzaq yanaşmadır.

Məqalə müəllifi Rəisinin ali dini rəhbər Xameneyinin son illər həyata keçirdiyi böyük siyasi layihənin sadəcə kiçik bir parçası olduğunu xatırladıb. Bununla yanaşı, hökumətin yoxsullaşmış əhalinin ehtiyaclarını qarşılamalı və Rəisinin öz seçki kampaniyasında irəli sürdüyü iqtisadi vədləri yerinə yetirməsinin zəruriliyi vurğulanıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR