Amerikalı analitiklər İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə görə Baydeni tənqid edirlər

11 oktyabr, 2021 00:11

Amerikalıların çoxu Azərbaycanı xəritədə tapa bilməyəcək. Lakin dünyanın o hissəsində baş verən vəziyyət ABŞ-ın maraqları və təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. Bu barədə jurnalist Conatan S.Tobin “Azərbaycana təhdidlərə niyə fikir verməliyik” məqaləsində yazır.

"Azsiyaset virtualaz.org-a istinadla xəbər verir ki, məqalə müəllifi bir neçə həftə əvvəl İran ordusunun böyük hissəsini səfərbər edib və Azərbaycan sərhədləri yaxınlığında təlimlər keçirdiyini xatırladır. Tobin hesab edir ki, bu, Bayden administrasiyasının Əfqanıstandan qoşunları geri çəkməsinin nəticəsi idi.

"ABŞ-ı zəiflədən hər şey, sona qədər Qərbə qarşı müharibə edəcəyinə söz verənləri gücləndirir. Təəccüblü deyil ki, Əfqanıstan insidentindən sonra İran gücünü demonstrasiya etməyə başlayıb. Baydenin nüvə anlaşmasına qayıtmaq planları onları ruhlandırıb, və iranlılar Azərbaycana bir mesajı göndərmək qərarına gəlib. İran sərhəddə qüvvələrini səfərbər edərək təlimlər keçirməklə azərbaycanlılara siqnal verir ki, İsrail və ABŞ -la yaxşı münasibətlər onları İslam Respublikasının hərbi qüdrətindən qorumayacaq", - deyə məqalə müəllifi yazır.

Tobin qeyd edir ki, İranın təhdidləri Azərbaycanı qətiyyən qorxutmayıb. Bakı əmindir ki, iranlılar blef edirlər:

"Bu həftənin əvvəlində Azərbaycan prezidenti İranla sərhəd yaxınlığında yerləşən işğaldan azad edilmiş Cəbrayıl şəhərinə səfər edib. Azərbaycan lideri bu jestlə Azərbaycanın özünü müdafiə edə biləcəyinə inamını göstərdi. İlham Əliyevin "Harop" pilotsuz təyyarəsinin yanında dayandığını göstərən fotoşəkillər də var idi".

Məqalə müəllifi qeyd edir ki, İran duruşuna baxmayaraq, Azərbaycanla düşmənçiliyinin nəzarətdən çıxmasına icazə verə bilməz, çünki "Tehrandakı rejim artıq başqa yerlərdə təhlükəli terror konfliktlərdə batıb".

Jurnalist yazır ki, ABŞ xarici işlərə görə məsuliyyətini başqalarına həvalə etməyə üstünlük verir.

“Azərbaycanla İran arasındakı sərhəddə vəziyyətin gərginləşməsinin səbəbi ilk növbədə İranı və digər islamçıları ruhlandıran Amerikanın zəifliyi ilə bağlıdır. Obamanın və indi isə Baydenin "uzaqdan idarəetmə" siyasəti amerikalılar və ABŞ liderliyinə arxalananlar üçün ən təhlükəli müdafiə üsuludur", - məqalədə deyilir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR