Bakı və Moskva son dəfə saat əqrəblərini tutuşdurur - Sülh müqaviləsi imzalanır?

12 oktyabr, 2021 09:52

Paşinyanın bugünkü Moskva səfəri Azərbaycan əsgərinin yaratdığı reallığı daha qalıcı edəcək; ermənipərəst “Regnum”un baş redaktoru: “Ermənistan dövlətçiliyini itirir”; rusiyalı politoloq: “Paşinyanın yerində Köçəryan olsaydı da vəziyyət dəyişməyəcəkdi...”

Bugün Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir. Əslində bu, daha çox Kreml rəhbərinin öz vassalını yanına çağırmasına bənzəyir. Rusiya lideri ona yəqin ki, son təlimatlarını verəcək.

Ola bilsin danlaq da olsun. Həm də o səbəbə ki, görüş Ermənistanın imzaladığı 10 noyabr kapitulyasiya aktının birinci ildönümünə sayılı həftələr qalmış zamana təsadüf edir və üstəlik, İranın ermənidən çox ermənilik edərək, bölgəmizdə gərginliyi durmadan artırması, Azərbaycanı hətta hədələməyə qalxması və 10 noyabr sənədini (Zəngəzur dəhlizi haqda bənd) sabotaj eləməyə çalışması fonunda İrəvanın da özünü şübhəli aparması ilə diqqət çəkir.

*****

Mövcud durumda Ermənistan təbii ki, İran amilindən də maksimum faydalanmağa çalışır. Əsas hədəf isə Azərbaycanla qaçılmaza çevrilmiş sülh müqaviləsini imzalamağı bacardıqca uzatmaqdır. Bundan ötrü İrəvanın “büllur” arzusu ATƏT-in Minsk Qrupunu diriltməyə, onu təzədən danışıqlar prosesində əsas oyunçuya və ya moderatora çevirməyə nail olmaqdır. Son olaraq, belə bir arzunu Ermənistan prezidenti Armen Sərkisyan ötən həftə İtaliyaya səfəri çərçivəsində bu ölkənin baş naziri Mario Darqi ilə görüşdə dilə gətirib. “Konfliktin Minsk Qrupu çərçivəsində həllinin vacib olduğunu” deyib.

Bu isə yumşaq desək, Moskvanın ürəyincə deyil. Çünki Rusiya artıq öz hərbi qüvvələri ilə məhdud ərazidə də olsa, Qarabağdadır və bu üstünlüyü Fransa və ABŞ-la bölüşmək, onları bölgəyə buraxmaq niyyətində deyil. Doğrudur, ara-sıra Moskva da Minsk Qrupunun prosesə qoşulmasını dəstəklədiyini bildirir. Rusiya bu yaxınlarda hətta MQ-də öz həmsədrini təzələyib - Bakıda Prezident İlham Əliyev yeni həmsədri qəbul eləməsə də. Niyə?

Ona görə ki, Minsk Qrupu “kartı” çox köhnəlsə də, Kreml bir yandan onun hesabına “ipə-sapa yatmayan” qalib Bakıya əlavə təzyiq rıçaqı qazanmaq istəyirsə, ikinci yandan qurumun “çox şeylərə burun soxmasını” da arzulamır və MQ-nin hələlik yalnız Azərbaycanla Ermənistan arasında həll olunmamış qalan humanitar problemlərin çözümündə iştirakına çalışır. Ki, öz “yükü” də bir az azalsın...        

*****

Ancaq artıq qatı ermənipərəst rusiyalı şərhçilər belə, Azərbaycanın möhtəşəm hərbi zəfərindən sonra bölgədə yaranan yeni gerçəyin fərqindədir və “Dağlıq Qarabağ”, “status” qatarının getdiyini etiraf eləməyə başlayıblar.

Məsələn, rusiyalı tarixçi-ekspert, yarandığı ilk gündən erməni maraqlarına xidmət edən “Regnum” İnformasiya Agentliyi və internet nəşrinin baş redaktoru Modest Kolerov özünün iki gün öncəki redaksiya məqaləsində yazır: “Çətin ki, Minsk Qrupu, prinsipcə, hətta ideal olaraq, Dağlıq Qarabağı Azərbaycandan ayırmağa cürət eləsin, əgər bunu heç Ermənistanın özü də istəmirsə. O, Ermənistan ki, indi Rusiyanın müttəfiqindən daha çox özünü İranın vəkili qismində aparır. Paşinyan Ermənistanı Rusiyanın müttəfiqi deyil, sadəcə, Rusiyadan güzəştli (KTMT qiymətləri ilə) silah alıcısıdır. Bu gün Ermənistan Cənubi Qafqazda Rusiyanın təhlükəsizliyi üçün faydalı olacaq qüvvələr balansını ifadə etməkdə belə acizdir... Ermənistan özü öz sərhədlərini qorumur, hətta özünün hesab etdiyi sərhədlərdən geri çəkilir. Açıq demək lazımdır: Ermənistan müstəqil dövlətçiliyini itirir”.

Modest Kolerov

Daha çox Rusiya və Ermənistan maraqları üzərində qurulan məqalənin başqa bir yerində deyilir: “Hətta Ermənistanın özünün Dağlıq Qarabağın müstəqilliyindən imtina elədiyi indiki vaxtda Rusiyanın Dağlıq Qarabağda edə biləcəyi və yerli ermənilərlə Azərbaycanın maraqlarını uzlaşdırmağa yönəlik əsas şey - Bakıdan sülhməramlılar üçün mandatı mümkün qədər uzatmaq razılığını almağa nail olmaqdır. Hansı mandat ki, Dağlıq Qarabağın özünüidarə etnoqrafik subyektivliyinin qorunub saxlanmasına imkan verəcək, eyni zamanda həm Bakının, həm də İrəvanın ora birbaşa və təhlükəsiz ərazi girişini təmin edəcək. Azərbaycanın razılığı ilə Rusiyanın yaratdığı bu cür daxili özünüidarəetmə statusu, son qərarı gələcəyə buraxmaqla Qarabağın Azərbaycan daxilində hüquqi statusu problemini aradan qaldıra bilər. Hazırda isə əsas məsələ -  erməniləri rus sülhməramlılarının qoruduğu Dağlıq Qarabağda saxlamaqdır. Yerdə qalan hər şey bu vəzifəyə tabe edilməlidir. Bunun üçün hələ şanslar qalır”.

*****

“Dağlıq Qarabağ münaqişəsi mahiyyət etibarilə 1991-ci ilə qayıdıb”.

 Sergey Markedonov

Belə bir iddia ilə isə “Yeni Müsavat”ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi yanında MDBMİ (MGIMO) Beynəlxalq Araşdırmalar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi Sergey Markedonov çıxış edib.

“İkinci Qarabağ müharibəsi nəticəsində heç də birmənalı situasiya yaranmayıb. Müəyyənlik hələ ki yoxdur. Bakıda hesab edirlər ki, ”DQR" balaca ərazidə belə qalsa, orada xarici qoşunlar mövcud olduqca müharibə tam bitməyib. Eyni zamanda mən tam əminəm ki, əgər hansısa möcüzə nəticəsində Robert Köçəryan sabah birdən-birə baş nazir olsa, o da mövcud status-kvonu dəyişə bilməyəcək. Bölgədəki ümumi vəziyyət budur ki, bir adam heç nə edə bilməz. Onu nail ola biləcəyi maksimum -  Azərbaycanla sərhədlərin ədalətli demarkasiyasında və Qarabağın statusunu müzakirə masasında saxlanmasında israr etmək ola bilər", - deyə o, “Sputnik-Armneniya”ya müsahibəsində qeyd edib.

Analitikin proqnozlarına görə, bu baxımdan bütün bu vəziyyəti nizamlamaq naminə danışıqlar masasına qayıdılması gözləniləndir. Onun fikrincə, hazırkı mərhələdə anlaşma üçün ilkin - bazis şərtlərin formalaşdırılmasına diqqət yetirmək vacibdir.

Bu sırada Markedonov iqtisadi əlaqələrin bərpasını və Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılmasını önə çəkib. “Status” məsələsi isə onun fikrincə, ənsonda həllini tapa bilər...

*****

Təbii ki, axırıncı fikir ermənilərə ürək-dirək vermək cəhdindən savayı bir şey deyil. Çünki bölgədə bir ildir şərtləri heç Rusiya da yox, Azərbaycan diktə edir - qardaş Türkiyə ilə siyasi-hərbi tandemdə.

Şübhə eləmirik, Paşinyanın növbəti Moskva səfəri bu reallığı daha qalıcı edəcək. Bu xüsusda ən önəmli məqam odur ki, Bakı və Moskva, fikrimizcə, son dəfə saat əqrəblərini tutuşdurmağa qərar verib.

Beləcə, ermənilərin “büllur” arzusu çilik-çilik olmaqdadır. Sülh müqaviləsi, deyəsən, uzaqda deyil...

Siyasət şöbəsi,

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb? 10:18 - Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN

21 noyabr

13:32 - "Veysəloğlu Distribusiya"nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübəsi ilə tanış olub - FOTOLAR09:55 - Dövlət Agentliyinin sədri öz bacısından Agentlik üçün ofis icarəyə götürür09:48 - Bu il ət və ət məhsulları nə qədər bahalaşıb? - Tam siyahı09:46 - "ABŞ-nin Azərbaycanla tərəfdaşlığı ölkənin regiondakı strateji rolundan qaynaqlanır" - "Forbes" nəşri09:44 - Rusiya Kupyanskı şəhərini ələ keçirdi

19 noyabr

13:33 - Maduro ABŞ-a istefasını təklif edib - - "New York Times" 13:31 - Komitə sədri vergilərin artırılmasından danışdı13:29 - Paşinyanın silahdaşı Türkiyə ilə sərhədin tezliklə açılacağının anonsunu verdi

18 noyabr

22:12 - "Qızıl sandıq" lotereyası başladı - İndi ƏDV geri-al çekləri sizə daha çox qazandıracaq16:13 - "ABŞ Paşinyanı belə sülh sazişi hazırlamağa təşviq edə bilər" - Riç Outzen