Zəngəzur Azərbaycana verilir, İran Ermənistana hücum edəcək... - Fardin Eftekhari

13 oktyabr, 2021 10:05

"İran Azərbaycana yox, Ermənistana hərbi müdaxilə edəcək. İlk baxışda absurd görünsə də, bu yanaşma məntiqlidir. İran Türkiyə və Azərbaycanın ələ keçirmək istədiyi Zəngəzura qoşun yeritməklə istəyinə nail ola bilər”.

"Azsiyaset" xəbər verir ki, Tehran Universitetinin Hüquq və Siyasi Elmlər üzrə alimi Fardin Eftekharinin “The Middle East Eye” qəzetində dərc edilən məqaləsində belə deyilir.

Fardin Eftekhari yazıb ki, İran Zəngəzura çıxış əldə edə bilməsə, Tehran Ermənistanla əlaqəni itirəcək, üstəlik bölgəyə girişi də qapanacaq.

Eyni zamanda İranın əzəli düşməni İsrail tərəfindən ciddi şəkildə dəstəklənən yeni və güclənmiş bir regional güclə (Azərbaycan) üz-üzə durmaq məcburiyyətində qalacaq”.

Bu arada isə İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyiyə yaxınlığı ilə tanınan “The Keyhan Daily” yazıb ki, Ermənistanın Sünik bölgəsi Azərbaycana veriləcək, Ermənistanın Qərbpərəst administrasiyası bu məsələ ilə bağlı Azərbaycanla gizli şəkildə razılaşıb.

Amerikadakı Corctaun Universitetinin iranlı alimi Şirin Hunter yazır:

“Əgər Türkiyə uzun müddət ərzində can atdığı ambisiyasına həyata keçirmək üçün Azərbaycanla birbaşa əlaqə yaratsa, bu, İranın Ermənistana girişini aradan qaldıracaq. Belə olduqda gərginliyin dərinləşməsi riski daha da artacaq”.

İranın baxışına görə, Türkiyə-Azərbaycan alyansının Süniki ələ keçirməsi, (fars-molla rejimi daha çox “xəritənin dəyişməsi” ifadəsindən istifadə edir) İranın geosiyasi baxımdan əlverişsiz vəziyyətə salacaq. Fardin Eftekhari yazır: “Tehran Ermənistanla əlaqəni itirəcək, üstəlik bölgəyə girişi də qapanacaq. Eyni zamanda İranın əzəli düşməni İsrail tərəfindən ciddi şəkildə dəstəklənən yeni və güclənmiş bir regional güclə (Azərbaycan) üz-üzə durmaq məcburiyyətində qalacaq”. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR