Milli Məclisə boş qalan yerlərə seçkilər niyə keçirilmir? - Təxirə salınmış seçim...

15 oktyabr, 2021 18:27

Son növbədənkənar parlament seçkilərindən 1 ildən çox keçməsinə baxmayaraq, 5 deputat yeri boş qalır.

2020-ci il fevralın 9-da keçirilən seçkilərdən sonra 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib. Beşinci deputat mandatı isə deputat Fəttah Heydərovun vəfatından sonra boş qalıb.

Qanunvericiliyə görə, belə olan halda həmin dairələr üzrə təkrar seçkilər keçirilməlidir. 2015-ci ilin noyabrında da Milli Məclisə seçkilərdə 90 saylı Ağdaş Seçki Dairəsinin nəticələri ləğv edilmişdi. Lakin növbəti il iyunun 18-də dairə üzrə təkrar seçkilər keçirilmişdi.

Bəs bu dəfə belə uzun müddət keçməsinə baxmayaraq, seçkilər niyə keçirilmir?

Mərkəzi Seçki Komissiyasından Turan-a bildirilib ki, seçki qanunvericiliyində təkrar seçkilərin keçirilmə müddəti ilə bağlı konkret müddəa yoxdur. Təkrar seçkilərin vaxtı ölkə prezidentin sərəncamı ilə təyin edilir. Mövcud qanunvericiliyə əsasən parlament seçkilərinin təyin olunması səlahiyyəti prezidentə, keçirilməsi vəzifəsi isə Mərkəzi Seçki Komissiyasına məxsusdur. Sözügedən səlahiyyət və vəzifə müvafiq olaraq, Konstitusiyanın 109-cu və Seçki Məcəlləsinin 25-ci maddələri ilə müəyyənləşdirilib.

Qurumdan qeyd olunub ki, Milli Məclisə təkrar seçkilər Seçki Məcəlləsinin 172-ci maddəsi ilə müəyyənləşdirilib. Həmin maddəyə əsasən, Dairə Seçki Komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız sayarsa və ya Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq etməzsə Mərkəzi Seçki Komissiyası təkrar seçkilər keçirir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Məmməd Məmmədzadə də bildirib ki, seçki nəticələri etibarsız sayılırsa, həmin dairələr üzrə təkrar seçki keçirilməlidir: «Bir də əlavə seçki deyilən bir prosedur var. Bu prosedur deputat cinayət törətdiyinə, ya da ki ölkə vətəndaşlığından çıxdığına görə mandatından məhrum ediləndə və ya özü mandatdan imtina edəndə həyata keçirilir. Vəfat edən deputat Fəttah Heydərovun yerinə əlavə seçkilər keçirilməlidir. Qanunvericiliyə görə, prezident 1 ay müddətində əlavə seçkiləri təyin etməlidir".

Milli Məclisə təkrar seçkilərə gəlincə, ekspert qeyd edib ki, Seçki Məcəlləsində həmin seçkilərin müddəti ilə bağlı konkret müddəa yoxdur: «Hökümət təkrar və əlavə seçkilərin keçirilməməsini koronavirusla və müharibəyə görə hərbi vəziyyətlə izah edə bilər. Amma qanunvericiliyə görə, hərbi vəziyyət ləğv olunandan 3 ay sonra seçki keçirilə bilər. Koronavirusa görə isə fövqəladə vəziyyət elan olunmayıbsa, o halda da seçkilərin keçirilməsi mümkündür".

Politoloq Azər Qasımlı bildirib ki, kuluarlarda referendum keçiriləcəyi və proporsional seçki sisteminin bərpa ediləcəyi ilə bağlı söhbətlər gedir: «Bunun nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm, dəqiq bilirəm ki, hökümət bu seçkilərə ehtiyac görmür. Nəyisə dəyişməyə ehtiyac görsəydi, bu seçkilər çoxdan keçirilmişdi. 44 günlük müharibədən sonra hakimiyyətin belə məsələlərə, ümumiyyətlə, marağı yoxdur».

Onun fikrincə, ola bilsin ki, boş qalan dairələrdən təyin ediləcək bir neçə namizəd var: «Yəqin ki, bu namizədlərlə bağlı hələlik qərar vermədilər».

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR