"Rusiya artıq Qarabağ məsələsində dominant deyil" - Karnegi Moskva Mərkəzinin direktoru Kremlin başlıca marağını açıqladı

19 oktyabr, 2021 14:58

2020-ci ilin payızında Qarabağda gedən müharibə Moskvanın Qafqazdakı ümumi mövqelərinin ciddi zəifləməsinə gətirib çıxardı.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, belə mövqe ilə Karnegi Moskva mərkəzinin direktoru Dmitri Trenin “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində çıxış edib.

Rusiyalı ekspertin fikrincə, Türkiyə regiondakı “kəmiyyətcə” iştirakını “keyfiyyətcə” iştiraka çevirdi, Rusiya isə ötən ilin noyabrında Qarabağ regionuna sülhməramlıları yeritməklə onun münaqişə regionundakı vasitəçi kimi mövqelərinə dəyən zərəri ancaq qismən məhdudlaşdıra bildi.

“Moskva əvvəlki kimi Qarabağ ətrafındakı situasiyanın inkişafında əsas xarici amildir, amma dominant deyil”,-Dmitri Trenin qeyd edib.

Onun sözlərinə görə, son hadisələr fonunda Cənubi Qafqaz Moskvanın nüfuz  zonası kimi “yuyulub gedir” və onun üçün Yaxın Şərqin subregionuna çevrilir. Ekspert hesab edir ki, Rusiyanın Cənubi Qafqazda həyati əhəmiyyətli maraqları yoxdur.

“Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Mən bunu Rusiyanın borcu hesab edirəm, Rusiya üçün öz öhdəliklərini yerinə yetirmək şərəfdir. Yeri gəlmişkən, Qarabağ bu öhdəliklərlə əhatə edilmirdi. Rusiyanın eləcə də Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi marağı var. Bu iri ölkədir, qonşu ölkədir və Rusiya əlbəttə, ona can atacaq ki, bu münasibətlər inkişaf etsin. Bir tərəfdən də qərbyönümlü oriyentasiyaya malik Gürcüstan var. Lakin Moskva bütün bu münasibətlər toplusunu öz maraqları üçün fəal istifadə etmək istəyir”,-rusiyalı ekspert deyib.

Trenin hesab edir ki, indiki və gələcək mərhələdə Rusiya üçün başlıca maraq Türkiyə kimi iri regional dövlətlə silahlı münaqişə vəziyyətində olmamaqdır. “Eləcə də Azərbaycanla münaqişə vəziyyətindən qaçmaq, öz müttəfiqi Ermənistanı taleyin ümidinə buraxmamaq, amma eyni zamanda dərk etməkdir ki, onun Qarabağ məsələsində imkanları olduqca məhdudlaşıb”,-ekspert bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR