Erməni diversantlar qaytarıldı - Bakının jesti nəyə hesablanıb?

20 oktyabr, 2021 15:58

Azərbaycan dünən daha beş erməni diversantı ölkəsinə qaytarıb.

Həmin diversantlar Azərbaycan Ordusuna qarşı ağır cinayətlər və zorakılıq əməlləri törətmədiklərinə görə geri qaytarılıb. Onların təhvil verilməsi Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı general Rüstəm Muradovun iştirakı ilə baş verib.

Bu, bizim növbəti humanitar jestimiz kimi qiymətləndirilməlidir, yoxsa Azərbaycan tərəfinin istəkləri olub?

Ehtiyatda olan polkovnik Şair Ramaldanov modern.az-a bildirib ki, belə jestlər, diplomatiyada normal addımlar sayılır və Azərbaycan tərəfi erməni ictimaiyyətini ələ almaq niyyətindədir:

“Ermənistanla bütün proseslər sülhə doğru gedir. Düşünürəm ki, Azərbaycan üçün sülh və təhlükəsizlik vacib bir məsələdir. Bizim tərəfimizdən də atılan bu addım düzgün siyasətdir. Kimin vasitəçilik etməsi bizim üçün o qədər də vacib deyil. Düşünürəm ki, bağlı qapılar arxasında bəzi məqamlar var və onlar bizə təqdim edilmir. Ancaq Azərbaycan dövləti müstəqil bir dövlətdir. Hansı addımı atacağını bilir. Demək ki, bizim maraqlardan irəli gələn addımlar atılır. Həmçinin biz indi deyə bilmərik ki, Azərbaycan nə qarşılığında əsirləri verib. Hər halda biz Ermənistan cəmiyyətinə də sülh müqaviləsi ilə bağlı belə jestlərlə müəyyən şəkildə təsir edirik”.

Şair Ramaldanov əsirlərin verilməsində Rüstəm Muradovun yenidən iştirakına da aydınlıq gətirib.

“Sülhməramlıların öz funksiyaları var. Yəqin ki, Rüstəm Muradov da bu missiyanı elə-belə yerinə yetirməyib. Bu məsələlərlə Muradov məşğul olub deyə, davam edir. Belə vasitəçilik etməsi də böyük ehtimal Azərbaycan tərəfinin razılığı ilə olub. Rüstəm Muradov indi komandan olmasa da, Azərbaycan mövqeyini çatdıra bilən insandır. Özü də Azərbaycan mövqeyini çatdırmaq istiqaməti Ermənistan deyil, Rusiyadır. Bu da təəccüblü deyil ki, Rusiyanın adamı məhz bu məsələlərlə məşğul olur. Rusiya da iki tərəfə sülh bağlamağı təklif edir deyə, bu da həmin elementlərdən biridir”,- deyə ekspert bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR