"Paşinyan artıq cəsarətli açıqlamalar verir, çünki..." - Metyu Brayza

25 oktyabr, 2021 00:00

"Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabr ayında Moskvada bir araya gələcəyini öyrənmək məni çox sevindirdi. Çünki 10 noyabr atəşkəs bəyanatının vacib elementi - Ermənistanla Azərbaycan və Ermənistanla Türkiyə arasındakı nəqliyyat əlaqələrinin yenidən açılması hələ ki, reallaşmayıb". 

"Azsiyaset" xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupundakı keçmiş amerikalı həmsədr Metyu Brayza noyabr ayında Moskvada baş tutması planlaşdırılan üçtərəfli görüş haqda danışarkən deyib.

Brayzanın sözlərinə görə, erməni xalqı 10 noyabr bəyannaməsinin gətirəcəyi infrastruktur faydalarından əsasən xəbərsizdir:

“Bəyannamənin icrası yeni iş yerləri yaradacaq, iqtisadi artımı təmin edəcək, Ermənistanın Azərbaycan və Türkiyə ilə yeni əlaqələr qurması bu ölkənin regional iqtisadiyyata yenidən inteqrasiya etməsinə imkan yaradacaq, nəqliyyat infrastrukturu və investisiyalar böyük faydalar gətirəcək. Amma Ermənistan siyasəti son vaxtlara qədər erməni siyasi liderin bölgədəki bütün tranzit əlaqələrinin yenidən açılmasını tələb edən 10 noyabr atəşkəs bəyanatının son bəndindən faydalanmasına və ya onu qəbul etməsinə mane olurdu”.

Diplomatın fikrincə, Nikol Paşinyan seçkilərdə qalib gəldikdən sonra özünü daha aydın ifadə edir:

“O, artıq Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədin müəyyənləşdirilməsinin və Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasının vaxtı çatdığını dilə gətirir. Düşünürəm ki, bu çox vacib irəliləyişlər toplusudur və ümid edirəm ki, Moskvada Prezident Putinlə görüş zamanı Baş nazir Paşinyan bu müsbət mövqeyini daha da möhkəmləndirəcək. Bilirəm, Prezident Əliyev bu nəqliyyat əlaqələrini bərpa etmək və təkcə Azərbaycana deyil, Ermənistana da investisiyaların yatırılması ilə məşğul olmaq istəyir ki, azərbaycanlılar və ermənilər bir daha qonşu kimi normal yaşaya bilsinlər(axar.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR