“Himayəsində olan partiyalardan biri Ramiz Mehdiyevi lider elan edə bilər”

12 sentyabr, 2020 10:23

Partiya sədrindən şok açıqlamalar; “Təəssüf ki, bəzi müxalifət partiyaları iqtidardan qovulan korrupsioner məmurlara dəstək verirlər, yenə də belə addımlar atanların olacağı istisna deyil”

Prezident Adminstrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev bir sıra deputatları, politoloqları, jurnalistləri “qara siyahısı”na daxil edib. Akademikin məlum toy hadisəsindən indiyə qədər yazdığı bəyanatlardan bu, açıq-aydın görünür. Maraqlıdır ki, Ramiz Mehdiyev ənənəvi müxalifət partiyalarının rəhbərlərinə qarşı eyni sərt münasibəti göstərmir. Əksinə, o, partiyaların ünvanına yazılarının birində müsbət fikirlər ifadə edib. Bəzi siyasi analitiklər hesab edir ki, sabiq Administrasiya rəhbərinin gələcəkdə müxalifətin dəstəyini qazanmaq, özü ilə bağlı situasiya daha da ağırlaşacağı variantında müxalifətə sığınmaq ehtimalını nəzərə aldığı sezilir. Görünən odur ki, akademik müxalifətlə münasibətlərini indiki həssas vaxtda pisləşdirmək istəmir. 

Bəs, Ramiz Mehdiyev müxalifətə sığınmaq istəsə, ona cavab necə olar? Müxalifət ona qucaq açarmı?

ALDP sədri Fuad Əliyev musavat.com-a bildirib ki, bütün müxalifətin adından danışması düzgün olmaz, ola bilər hansısa partiyalar ona qucaq açarlar. Ancaq ALDP-də Ramiz Mehdiyevin heç adi üzv kimi yeri yoxdur: “Bizim partiya heç zaman ona qucaq açmaz. Amma ola bilər ki, vaxtilə himayə etdiyi müxalifət partiyalarının biri onu partiyanın lideri elan etsin. Onun imkanlarından yararlanmaq istəyənlər olacaq. Təəssüf ki, bəzi müxalifət partiyaları iqtidardan qovulan korrupsioner məmurlara dəstək verirlər. Yenə də belə addımlar atanların olacağı istisna deyil. Hətta hansısa partiya Ramiz Mehdiyevi prezidentliyə vahid namizəd də elan edə bilər. Lakin hesab edirəm ki, Ramiz Mehdiyev kimilərinin bütün müxalifətin vahid namizədi olması, ümumiyyətlə, mümkün deyil. ALDP dövlət və milli maraqları həmişə üstün tutub. ALDP heç vaxt belə insanlara dəstək verməyəcək”.

ALDP sədri Fuad Əliyev

Bəs, Ramiz Mehdiyev klanından və kadrlarından iqtidarı təmizləmək nə qədər vaxt alacaq? Bu gün bütün gücü ilə iqtidara qarşı olan akademik bu kadrları vasitəsilə hakimiyyətə təsir edə bilərmi?

Fuad Əliyev qeyd etdi ki, Ramiz Mehdiyevi artıq böyük güc sahibi saymaq yanlışdır: “Çünki Ramiz Mehdiyev hal-hazırda elə güc sahibi deyil ki, hakimiyyətə əsaslı təsir edə bilsin. İqtidarda əgər qəti istək olarsa, qısa bir zamanda Ramiz Mehdiyevin klanını hakimiyyətdən tamamilə təcrid etmək olar. Prinsipial mövqe tutub, qətiyyətli addımlar atmaqdan çox şey asılıdır". 

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib