Dövlət başçılarının görüşündə sürprizlər ola bilər - ŞƏRH

26 oktyabr, 2021 11:03

Noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında iki yeni sənədin imzalanması gözlənilir.

Rusiya mətbuatı məlumat yayıb ki, birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını, ikinci sənəd regionda kommunikasiya əlaqələrinin açılması barədə, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək.

"Azsiyaset" xəbər verir ki, məsələni bakupost.az -a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, ilk növbədə vaxtın seçilməsi məsələsində bir az uyğunsuzluq var:

“Çünki noyabrın 9-u və 10-da Azərbaycanda “Zəfər” bayramı günləridir. Prezident İlham Əliyevin Zəfər gününün təntənəli şəkildə qeyd etmək üçün burada olması çox yaxşı olardı. Burada əsas qərar əlbəttə ki, Prezidentə məxsusdur. Moskvada da müzakirə edilən məsələlər də önəmli ola bilər. Yaxud orada qəbul edilən qərarlar sevindirici olsa, bəlkə “Zəfər” bayramına daha da təntənə qatacaq. Bunu gözləyək və görək”.

Politoloq vurğulayıb ki, 44 günlük Vətən Müharibəsində qazandığımız qələbənin bir illiyi çox təmtəraqlı və yaddaqalan olmalıdır:

“Əvvəl Rusiya mətbuatında xəbər verildi ki, ayın 9-da Putinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Paşinyanın Moskovada görüşü keçiriləcək. Orada qeyd olunurdu ki, mühüm sənədlərin imzalanması nəzərdə tutulur. Amma sonra təkzib olundu ki, tarix məsələsi düz deyilməyib. Hər halda, mənim zənnimcə noyabrın 9-da bir il bundan əvvəl Moskvada Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Həmin bəyanatda müharibənin dayandırılması, ərazilərimizdən erməni qoşunlarının çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələləri idi. Artıq bir il keçibdir. Yəqin ki, bu bir ildə görülən işlər barədə hesabatlar nəzərdən keçiriləcək”.

Politoloq qeyd edib ki, son dövrlərdə diqqətçəkən müəyyən razılaşmalar əldə edilir:

“Söhbət baş nazirlər səviyyəsində kommunikasiya xətlərinin açılmasına dair, əldə edilmiş razılaşmadır. Bu razılaşmaya həmçinin Azərbaycanın Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana yolun açılması ilə bağlıdır. Bu həm dəmiryolu, həm də şose yolu olacaqdır. Üstəlik Ermənistana gedən bütün kommunikasiya vasitələri açılır. Məsələn, Bakı-Qazax-Naxçıvan dəmiryolu xətti işə salınacaq, Zəngəzur dəhlizi açılandan sonra Sovet dövründə olduğu kimi İrəvana dəmiryolu xətti bərpa edilməsi gözlənilir. İndi Bərdə-Ağdam dəmiryolu tikintisi başa çatdırılmalıdır. Həmin dəmiryolu xəttinin Xankəndinə uzadılması da gündəmdə dayanan əsas məsələdir. Bu məsələlərin müsbət həll edilməsi real görünür. Bir qədər sərhədlərin demarkasiyası və delimitasiyası məsələləri uzun zaman ala bilər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR