Türkiyə Azərbaycanda mövqelərini möhkənləndirir - ŞƏRH

26 oktyabr, 2021 20:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana 2021-ci ildə sayca 3-cü səfərini gerçəkləşdirdi. Ərdoğan İkinci Qarabağ müharibəsindən sonra əvvəlcə Bakıda keçirilən Qələbə paradında iştirak etdi, ikinci dəfə Şuşaya getdi və Azərbaycan prezidenti İlham Əliyevlə birgə müttəfiqlik bəyanatına imza atdı, üçüncü səfərini isə birbaşa Qarabağa etdi, onun təyyarəsi bu gün yeni tikilən Füzuli hava limanına endi.

Bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh verib.

Onun sözlərinə görə, Ərdoğan bu səfərləriylə aləmə Türkiyənin Cənubi Qafqazda, Azərbaycanda və Qarabağda mövqelərinin gücləndiyini göstərir:

"Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışından sonra İlham Əliyevlə birlikdə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməlini qoydu. Bu o deməkdir ki, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılmasına hazırlaşır və bu geri dönüşü olmayan prosesdir. Türkiyə və Azərbaycan prezidentləri Zəngəzur dəhlizinin açılmasına əmin olmasaydılar, yeni yolun təməlqoyma mərasimini təşkil etməzdilər. Deməli, bu məsələ həm Rusiya, həm də Ermənistan hakimiyyəti ilə razılaşdırılıb. Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubundakı son çıxışında dedi ki, Azərbaycanla Ermənistan və Türkiyə arasında dəhlizlər açılmalıdır".

Politoloq deyib ki,  Zəngəzur dəhlizinin açılması Rusiyanın da maraqlarına cavab verir:

"Rusiya bu dəhlizdən istifadə edərək, Ermənistana və Türkiyəyə çıxış imkanı qazanmaq istəyir. Ermənistanın baş naziri Nikol Paşinyan da son çıxışında Naxçıvanla Azərbaycan arasında nəqliyyat xətlərinin açılacağını vurğuladı".

Ekspert bildirib ki, Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfərinin başqa əhəmiyyəti də var:

"Rusiya hökumətinə yaxın “RİA Novosti” agentliyi bugünlərdə xəbər yayımladı ki, noyabrın ilk həftəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri Moskvada görüşəcəklər. Onların Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılmasıyla bağlı yeni bəyanat imzalayacaqları gözlənilir. Böyük ehtimalla Azərbaycan prezidenti Moskvadakı görüşün detalları barədə Rəcəb Tayyib Ərdoğanı məlumatlandırıb. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı Ermənistanla bağlı siyasətini Türkiyə ilə razılaşdırır. Bu Azərbaycanla Türkiyə arasında müttəfiqlik və Şuşa bəyannaməsinin ruhuna uyğundur. Eyni ilə rəsmi Ankara da Ermənistan siyasətini rəsmi Bakı ilə razılaşdırır. Misal üçün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Ermənistanla sərhəd məsələsini rəsmi Bakı ilə məsləhətli şəkildə həll edəcək".

E.Şahinoglunun sözlərinə görə,  Ərdoğanın açılışında iştirak etdiyi və cəmi 10 ay ərzində inşa olunan Füzuli beynəlxalq hava limanının əhəmiyyəti böyükdür:

"Birincisi, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə inşaat çalışmalarına başladı. Hava limanı ilə bərabər yolların tikintisinə də start verildi. Bundan sonra mütləq maşınla Bakıdan Qarabağa getmək üçün 5-6 saat vaxt sərf etməyə ehtiyac yoxdur, Füzuli hava limanı yolu qısaltdı. Füzuli hava limanından Şuşaya cəmi 100 kilometr məsafə var.

İkincisi, Füzuli hava limanı vasitəsilə təyyarələrlə Qarabağ bölgəsinə tikinti materaillarını daha tez çatdırmaq olar.

Üçüncüsü, Füzuli hava limanından hərbi məqsədlər üçün də istifadə etmək olar. Həmin hava limanına hərbi təyyarələr enə bilər. Bu Azərbaycan ordusunun Qarabağda manevr imkanlarını gücləndirir.

Dördüncüsü, Rusiya Müdafiə Nazirliyi Qarabağa yükü Ermənistandan deyil, Füzuli hava limanından da daşıya bilər. Bu Azərbaycan üçün əhəmiyyətlidir. Çünki Laçın dəhlizi hələ ki, Azərbaycan ordusunun nəzarətində deyil. Rusiya öz yüklərini Füzuli hava limanından ermənilərin yaşadığı əraziyə çatdırarsa, Azərbaycan daşınan yüklərin nədən ibarət olduğunu nəzarətdə saxlayacaq.

Beşincisi, Qarabağda Füzuli hava limanından başqa daha iki hava limanı mövcud olacaq. Zəngilandakı hava limanı gələn il hazır olacaq. Bundan sonra Laçında hava limanı tikiləcək. Beləliklə, Azərbaycanın Qarabağda 3 hava limanı olacaq. Azərbaycan bu hava limanlarından istifadə etməklə bölgədəki separatizmi tamamən bitirmək üçün psixoloji təzyiqi artıracaq".Siyasi şərhçi bildirib ki, Xankəndi şəhərinin ətrafında da vaxtilə işğal olunan hava limanı var. Həmin hava limanını erməni separatçıları təmir ediblər. Ancaq separatçılar həmin hava limanından istifadə edə bilmirlər:

"Çünki Azərbaycan buna icazə vermir. Bu hava limanı Azərbaycanın Qarabağın tamamında, o cümlədən Xankəndi üzərində suverenliyini təmin etdikdən sonra işə düşə bilər. Sadəcə, Xankəndidəki hava limanında Azərbaycan sərhəd və gömrük xidməti fəaliyyət göstərməlidir". 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR