Naringilər "Bayraktar"lara qarşı...

29 oktyabr, 2021 21:28

Müəllif: Dmitriy Roy

Ayfonun yeni modelləri kimisə təəccübləndirir? Heç kimi, burada təəccüblü nə var ki, adətkərdəyik. Ancaq hələ ötən il satış hitinə çevrilən və lider mövqelərini inamla qoruyub saxlayan Türkiyə PUA-ları tamam başqa mövzudur. Türkiyənin dünyaya təklif etdiyi sadəcə silah deyil - “Bayraktar”ları hər dəfə ağılla işlətmək Liviyadan Cənubi Qafqazadək uzunmüddətli və dondurulmuş münaqişələri həll edərək geosiyasi dəyişikliklərə aparıb çıxarır.

İndi də onların Ukraynada vaxtı gəlib çatıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə PUA-sının Donbasda ilk dəfə tətbiq olunmasından ehtiyatla danışıb, Ankara ilə çox yaxşı münasibətləri xatırlatmağı da unutmayıb. Ancaq Peskov sadəcə Kremlin görünən fasadıdır, tutduğu mövqe ona emosiyalarını nümayiş etdirməyə icazə vermir. Rusiya Müdafə nazirliyinə yaxın olan real mütəxəssislər isə öz həyəcanlarını gizlətmirlər.

«Bu uçuşlar bundan sonra normaya çevriləcək və Donbas müdafiəçilərinin Telman rayonunda və Novoazovskda bütün yerdəyişmələrini qeydə almağa imkan verəcək», - onlar hesab edirlər.

Bu vaxt daha bir təhlükəni də vurğulayırlar: «Türkiyənin MAM-L mərmiləri düzgün hədəfə yetişib. Nişangahın çarpazı qaubitsaya tuşlanıb, aviabomba da elə oraya uçub. Hədəf dəqiqliklə vurulub. Ukraynalılar hələlik Türkiyənin sınaqdan çıxmış MAM-L mərmilərindən istifadə edirlər, ancaq tezliklə Donbasda yeni MAM-T mərmiləri də peyda olacaq. Onlar 30 km. məsafəyə uçur. Ukraynalılara cəbhə xətti üzərindən uçmağa da ehtiyac qalmayacaq. Öz ərazində oturub sakitcə bombala... Bəs DNR və LNR-in “Bayraktar”ları məhv etməyə siyasi iradəsi çatacaqmı - budur əsas sual».

Ancaq Moskvanı narahat edən təkcə bu sual deyil. Artıq Qırğızıstan da “Bayraktar” alır. Həmçinin bəlli oldu ki Türkiyənin TUSAŞ şirkəti ANKA-S həmlə PUA-larının satışı ilə bağlı Qazaxıstanla danışıqları uğurla tamamlayıb. Söhbət “Bayraktar” yuvasının yeni körpəsindən gedir və o, “valideyn”indən də üstündür.

“Bayraktar” üçün yüksəklik 7 km.-dir, ANKA-da isə 8-9 km. Əgər “Bayraktar”ın döyüş yükü ilə uçuş kütləsi 650 kiloqramdırsa, yeni “körpə”də 1600 kiloqramdır.

Qazaxıstan ANKA-S kompleksinə 80 milyon dollar sərf edəcək. Bu qiymətə daxildir: 200 raketlə birlikdə 3 PUA kompleksi, iki idarəetmə mərkəzi, illik texniki xidmət və Qazaxıstan mütəxəssislərinin Türkiyədə hazırlanması. Və əsas nüans - Qazaxıstan da, Qırğızıstan da KTMT-nin (Kollektiv təhlükəsizlik haqda müqavilə Təşkilatının) üzvüdür. O cümlədən, Qırğızıstanda rusların “Kant” aviabazası və Rusiya Müdafiə Nazirliyinin bir neçə hərbi obyekti yerləşib.

Moskva özünü onunla sakitləşdirir ki, Mərkəzi Asiya dövlətləri yalnız bir variantı seçməyə hazır deyil və ehtiyat variantları da nəzərdən keçirəcək. Və ümumiyyətlə, onların “Bayraktar”a olan marağı sonuncunun güclü reklamı ilə əlaqədardır. Bununla belə, türklərə çox fəal olmamaq üçün xəbərdarlıq etməyi də unutmurlar - Rospotrebnadzor oktyabrın 28-dən Rusiyaya Türkiyədən naringi idxalını dayandırır. Sən demə, onların tərkibində “zərərli maddələr”, daha dəqiq söyləsək, “Xlorpirifos” pestisidinin qalıq miqdarı aşkarlanıb.

Bu pestisidin antirus xarakter daşıdığı tamamilə aydındır. Eynilə Ərdoğanın BMT-də çıxışından sonra türk pomidorlarında tapılan “qırışıqlıq virusu” kimi. Həmin çıxışında isə Ərdoğan Ankaranın Krımı heç vaxt Rusiya ərazisi saymayacağını bildirmişdi.

“Bayraktar”larla naringilər arasında başlayan epik savaş heç də ilk baxışda göründüyü qədər komik deyil. Ankara bütün dünyada öz maraqlarını irəli çəkir və istər-istəməz Moskvanın qabarlarını tapdalayır. Rusiya-Türkiyə münasibətlərinin münaqişə potensialı get-gedə artır. Tərəflər özlərini dost və əməkdaş adlandırsa da, aydın olur ki, sürüşüb yıxılmaq üçün naringi qabığı da yetərlidir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR