Rusiya və İran diplomatları müzakirələr apardı - Nələr danışıldı?
30 oktyabr, 2021 00:04
Rusiya və İran XİN rəhbərlərinin müavinləri Sergey Ryabkov və Əli Bagiri Kani İranın nüvə proqramının nizamlanması ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası üçün perspektivləri müzakirə ediblər.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Bu istiqamətdə işlərin davam etdirilməsi haqda razılıq ifadə edilib.
“Eyni zamanda gündəmdə olan beynəlxalq məsələlər və ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb”, - məlumatda bildirilib.