Bayraktar Rusiyanı niyə bu qədər qorxudur? - Ukraynanın "QORDON" nəşri...

31 oktyabr, 2021 00:27

Bayraktar TB2-ni orduda zarafatla "Türkiyənin hava yolları" adlandırırlar...

Oktyabrın 26-da Ukraynanın Silahlı Qüvvələri ilk dəfə olaraq Türkiyənin kəşfiyyat-zərbə kompleksi olan Bayraktar TB2 PUA-sını tətbiq edib. Birləşmiş Qüvvələrin apardığı əməliyyat rayonunda bu aparat rus separatçı qüvvələrinə məxsus 122 mm-lik qaubitsanı (qısalüləli ağır top) məhv edib. Bu barədə videogörüntülər Facebook səhifəsində yayımlanıb.

Ukraynanın nüfuzlu "QORDON" nəşri "Bayraktar"ların nə ilə məşhur olmasına, onun necə tətbiq ediləcəyinə və Kremlin nədən bu barədə təlaş keçirdiyinə aydınlıq gətirib.

Ukrayna SQ-nin Baş Qərargahının yaydığı məlumatda deyilir: həmin gün saat 14.25-dən 15.15-ə qədər işğalçılara məxsus D-30 qaubitsalar batareyasının Birləşmiş Üüvvələrin Qranitnı rayonunda yerləşən mövqelərini atəşə tutması nəticəsində Ukrayna SQ-nin iki hərbi qulluqçusu yaralanıb, biri isə həlak olub. Atəşdən dərhal sonra ATƏT tərəfindən atəşin dayandırılması tələb edilsə də, işğalçılar buna əhəmiyyət verməyiblər. Ukrayna SQ Baş Qərargah rəisi Valeri Zalujnı hərbi qulluqçular və dinc sakinlərin həyatını xilas etmək məqsədilə Bayraktardan istifadə olunması barəsində əmr vermişdir. Baş Qərargahda təsdiq edirlər ki, PUA təmas xəttini keçməyib. Düşmən qaubitsası məhv edildikdən sonra Ukrayna mövqelərinin atəşə tutulması kəsilmişdir.

Tarixi gün

"Sağ qayıt" Fondunun könüllüsü Andrey Rımaruk   özünün Facebook səhifəsində yazıb: "Bu tarixi bir gündür. İlk dəfə olaraq orduda zarafatla "Türkiyənin hava yolları" adlandırılan Bayraktar TB2 PUA zərbə kompleksi tətbiq edilib. Biz bunu alınan gündən poliqonlarda sınaq uçuşlarınadək çox gözləmişik". Rımaruk qeyd edir: atəş yalnız  MAM-C tipli bir kumulyativ raketlə həyata keçirilib. "Mən əminəm ki, Ali Baş Komandanın bu qərarı çətin, amma ən yaxşı qərar idi. Bu, düşmənin atəşini az qanla dayandırmaq üçün humanist hərəkət idi",-könüllü izah edib.

"Senzor.YOX" nəşrinin baş redaktoru, jurnalist Yiri Butusov Facebook səhifəsində yazır: Rusiyanın HHM və radioelektron mübarizə (REM) vasitələri bu rayonda yerləşdirilməsinə rəğmən, işğalçılar Bayraktara nə maneə yarada bilib, nə onu vura bilib, nə də aşkar edə bilib. "Zərbədən sonra Rusiyanın silahlıları kollara çəkilmiş, batareya isə susdurulmuşdur",-jurnalist danışıb.

O, həmçinin əmindir ki, PUA-nın tətbiqi bilərəkdən məhdud və xəbərdaredici məqsədlə olub: zərbə Bayraktarın dörd raketindən yaınız biri ilə endirilib; bundan əlavə, Ukrayna SQ-nin bu rayonuna bir deyil, iki dron istiqamətləndimək olardı, çünki Ukraynanın 12 belə dronları var.

Oktyabrın 29-da könüllü Roman Donik özünün Teleqram-kanalında məlumat verib: "İşğalçılar oktyabrın 26-da Qranitnıda batareyaya rəhbərlik etmiş böyük zabit vəzifəsində döyüş tapşırığını yerinə yetirən, həqiqi hərbi xidmətdə olan rus zabitinin həlak olmasını ciddi-cəhdlə gizlədirlər".

Dünya rekordsmeni

Ukrayna bu günədək Türkiyədən Ukraynanın Hərbi-Hava Qüvvələri və Hərbi-Dəniz Qüvvələri üşün hər birinə altı olmaqla 12 Bayraktar almışdır.

Ortahündürlü operativ-taktiki zərbə PUA-ları olan Bayraktar TB2 Türkiyənin əsası 1984-cü ildə Ozdəmir Bayraktar tərəfindən qoyulmuş Baykar Makina aviatikinti şirkəti tərəfindən istehsal edilir.

Belə PUA-nın dörd idarəolunan tankəleyhinə lazer yönətimli və uçuş məsafəsi yarım km-dən 8 km-dək olan UMTAS raketlərinə malikdir. O, havada 12 saatdan 24 saatadək qala bilir, maksimal olaraq 150 km-ədək idarəetmə məsafəsinə zəmanət verir,  avtomatlaşdırılmış uçuş və enmə sistemilə, düşmənin REM vasitələrindən mühafizə sistemləri ilə təchiz edilmişdir. Lazım gəldikdə Bayraktar yarıavtonom rejimdə, Yerdən idarə olunmadan hərəkətdə ola bilər.

Dronlar analoqu olmayan, Amerikanın L3Harris şirkətinin istehsalı olan Wescam MX-15 optiki-lokasion stansiyası ilə təchiz edilmişdir, uçuş məsafəsi 20 km-dir. Bu PUA-ların reaksiya müddəti aviasiyanın təmin edə biləcəyi müddətdən azdır, ona görə də hədəfləri maksimum səmərəliklə dəf edir.

Şirkət PUA-ların işlənib hazırlanmasına 2000-ci ildən başlayıb, 2009-cu ildə ilk dəfə olaraq Bayraktar TB1 istifadəyə verilib, Bayraktar TB2-nin ilk uçuşu isə 2014-cü ildə baş tutub. O zaman bu aparat ortahündürlüklü taktiki  PUA-lar sinfində dünya rekordu qazanmış, 8 km hündürlükdə 24 saat 34 dəqiqə dayana bilmişdir.

Sentyabrın 29-da Ukrayna Prezidentinin iştirakı ilə Ukrayna Müdafiə Nazirıiyi ilə Baykar Savunma şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

"Biz bu anı çox gözləmişik. Bu, Ukraynanın suverenliyi və müstəqilliyinin gerçəkdən dəstəklənməsidir",-prezident Vladimir Zelenski bəyan edib.

Hazırda Ukrayna daha 48 Bayraktar PUA-larını almaq imkanlarını araşdırır.

Bayraktarın ulduzu Qarabağda parladı

Bu gün Türkiyənin Quru Qoşunlarının arsenalında 33, Hərbi-Dəniz Qüvvələrində 4, Türkiyə Jandarm Qüvvələrində daha 18 Bayraktar var. Türklər Bayraktar PUA-larını 2016-cı ildə kürd dəstələrinə qarşı, 2018-ci ildə Suriyanın şimal-qərbində "Zeytun budağı" əməliyyatında və 2020-ci ildə Suriyada "Bahar qalxanı" əməliyyatı zamanı tətbiq etmişlər.

Nəticədə son əməliyyat zamanı bir gecənin içində, Türkiyənin Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Suriya ordusunun 23 tankı, 23 artilleriya sistemi, 303 Suriya hərbçisi, 5 helikopteri və iki "Pansir-C1" sistemi məhv edilmişdir.Türkiyə ordusunda əməliyyat nəticəsində bir nəfər də itkiyə yol verilməyib.

Lakin Türkiyə PUA-larının ulduzu ötən ilin payızında Ermənistan-Azərbaycan arasında baş vermiş müharibə zamanı parlayıb. Məhz Bayraktarlar Azərbaycanın Silahlı Qüvvələrinin uğur qazanmasında və Qarabağın çox hissəsinə nəzarətin bərpasında həlledici rol oynayıb. Bunu BBC-nin rus xidmətinə hərbi mütəxəssislər danışıb.

Belə PUA-lara qarşı yalnız zenit-raket sistemləri və radiolokasiya stansiyaları olan bahalı HHM, habelə REM-lərlə müqavimət göstərmək olar. Rusiyanın Bayraktarlara qarşı əks təsir göstərən vasitələri yoxdur. Bu barədə hərbi ekspert Oleq Jdanov "Dom" telekanalına şərhində danışıb: "Onların zərbə PUA-ları yoxdur. Hələlik yalnız kəşfiyyat PUA-ları və atəşin nizamlayıcıları var. Onların REM vasitələri dronların idarə edilməsinə mane ola bilmədi, HHM sistemi isə bizim PUA-mızı aşkar edə bilmədi".

Putin üçün şok, ABŞ-ın cavabı və Avropanın dərin narahatlığı

Türkiyənin "Yeni Akit" nəşri Bayraktarın Rusiyanın işğalçı qüvvələrinə endirdiyi zərbəni "Putin üçün böyük şok" adlandırıb. RF Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov SİTA agentliyinə şərhində bəyan edib ki, "Ukrayna hərbçilərinə belə silahların verilməsi Donbasda stabilliyin pozulmasına gətirib çıxara bilər".

ABŞ səfirliyi tərəfləri atəşkəs haqqında sazişin şərtlərinə əməl etməyə çağırıb. "Amma açıq etiraf edək ki, Rusiyanın dəstəklədiyi tərəf dəfələrlə Ukrayna qüvvələrinə qarşı qaubitsa artilleriyasından və PUA-lardan istifadə edərək, ötən ilki razılaşmaları birbaşa pozmuş, bu yaxınlarda isə bir Ukranya döyüşçüsünü qətlə yetirmişdir",-səfirlikdə vurğulayıblar.

Almaniya və Fransa kimi Avropa dövlətlərinin siyasiləri də Ukraynanın Bayraktardan istifadə edilməsini özünümüdafiə hüququ kimi dəyərləndirmiş və Rusiyanın Minsk razılaşmalarını kobud surətdə pozmasını pisləyən bəyanatlarla çıxış ediblər.

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi11:43 - İlham Əliyev Donald Trampa məktub göndərdi 11:26 - İrəvan Sülh Fondundan 10 milyonu ala bilmir

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları