Azərbaycanlı killerin planlarını "Mossad" aşkarladı - "Onlar irimiqyaslı nəsə hazırlamışdılar..."

05 noyabr, 2021 15:59

Kiprdə sentyabrın 27-də həbs olunan, Rusiya pasportu daşıyan və israilli biznesmenləri öldürmək üçün bu ölkəyə göndərildiyi bildirilən  38 yaşlı azərbaycanlı killerin işi üzrə yeni sensasion məlumatlar açıqlanıb.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, noyabrın 1-də Kipr məhkəməsi onun barəsində həbs qətimkan tədbirini növbəti, səkkizinci dəfə uzadıb. Bu, rəsmi ittiham irəli sürülməmiş şübhəlinin barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair görünməmiş təcrübədir. Və Kipr polisinin məhz terror versiyası üzrə istintaq apardığını göstərir.

Xəbər verildiyi kimi, istintaq çərçivəsində həmin azərbaycanlıdan başqa daha beş nəfər həbs olunub. Bir neçə gün əvvəl isə həbs olunanlardan birinin-27 yaşlı pakistanlı yemək kuryerinin Pafos şəhərində yaşadığı evin yaxınlığında basdırılmış  “Xtouch Technology Sub Compac” tapançası tapılıb. İş üzrə həbs edilənlərin 4-ü pakistanlı, biri isə 21 yaşlı livanlıdır. Başlıca şübhəli isə yemək kuryeri kimi işləyən həmin 27 yaşlı pakistanlıdır.

Kiprdə nəşr olunan “Politis” qəzetinin əməkdaşı Fanis Makrides “Iran İnternational” saytına  bildirib ki, onun polisdəki və xüsusi xidmət orqanlarındakı mənbələri şübhəlilərin barəsində terrorçuluqla bağlı istintaq aparıldığını təsdiqləyiblər. “Biz artıq bilirik ki, İsrail baş nazirinin dəftərxanası bu barədə bəyanat verib, 38 yaşlı azərbaycanlının İranın Kiprdə israillilərə zərər vermək planları ilə bağlı olduğunu təsdiq edib”,- jurnalist bildirib.

“Məsələ artıq üçüncü tapançanın tapılmasına gəldikdə bu o deməkdir ki, ortada həqiqətən təşkil edilmiş nəsə plan olub”,-Makridis əlavə edib. Jurnalist deyib ki, şübhəlilər Nikosiya, Limasol və Pafos şəhərləri arasında yerdəyişmə ediblər, bir-birləri ilə əlaqə saxlayıblar. Yəni nəsə irimiqyaslı plan hazırlayıblar.

Makridis onu da deyib ki, mənbələri Kiprdə həmin azərbaycanlının yaxalanmasının İsrailin xarici kəşfiyyat xidməti “Mossad” sayəsində mümkün olduğunu deyiblər. “Biz bilirik ki, Kipr polisi 2021-ci il sentyabrın əvvəllərindən Kiprdə olan, müşahidələr aparan və adanın türk hissəsinə gedib-qayıdan 38 yaşlı azərbaycanlının izinə “Mossad”dan daxil olan informasiyadan sonra düşüb və onu müşahidə etməyə başlayıb”,-Makridis deyib. Jurnalist bildirib ki, şübhəli “öz hədəflərinə çatmaq üzrəykən” polis onu həbs edib.

Makridis killerin hədəfindəki biznesmenlərdən birinin Kipr vətəndaşlığı daşıyan israilli milyarder Tedi Saqinin olduğu barədə məlumatların da araşdırıldığını bildirir. “Mənim mənbələrim bildiriblər ki, əgər bu planının arxasında İran dayanmışdısa deməli Tedi Saqi kimi milyarderi hədəf almaqla daha böyük nəticə əldə edə bilərdi”,-o deyib.

Kipr mətbuatı da azərbaycanlı killerin “Mossad”ın əməliyyat məlumatı sayəsində yaxalandığını yazır. “Cyprus Daily News” nəşrinin yazdığına görə, Rusiyada yaşayan və bu ölkənin vətəndaşı olan həmin azərbaycanlının çoxdan İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi məlum idi.

Qəzet onu da yazır ki, İran xüsusi xidmət orqanları Kiprdə israilli biznesmenlərin barəsində məlumat toplamaq üçün yemək çatdırılması xidmətlərinin qeyri-qanuni olaraq topladığı məlumat bazasından istifadə edə bilərdi. Belə ki, yemək çatdırılma şirkətlərində kuryer olaraq istənilən adamı işə götürə bilərlər və bir çox hallarda xarici xüsusi xidmət orqanları öz agentlərini bu şirkətlərə kuryerlərin briqadiri olaraq yerləşdirir. Habelə kuryerlər müştərilərin məlumat bazasını toplayır və onları öz briqadirlərinə təqdim edir, briqadirlər isə məlumat bazasını maraqlı şəxslərə, yaxud xüsusi xidmət orqanlarına verir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR