Naxçıvanlıları və ermənistanlıları “vururlar”?

14 sentyabr, 2020 10:12

“Tanış naxçıvanlılarımızdan biri məndən “bəs bu barədə sən nə düşünürsən?” deyə soruşanda tək onun yox, bir çoxlarının bu cür yanlış fikirlər içində ola biləcəyini düşünərək qərara aldım ki, cavabımı həm də ictimailəşdirim.

Azsiyasət.com xəbər verir ki, bu fikirləri “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün sosial şəbəkə hesabında yazıb. A.Quliyev əmin olduğunu bildirib ki, o naxçıvanlı tanışı ilə eyni sırada olanların yox, məhz öz düşüncəsində olanların mövqeyi dövlətçiliyə söykənir.

“Naxçıvanlı tanışa dediklərimi olduğu kimi təkrar edirəm. Ondan soruşdum: 

- Korrupsiyada, rüşvət alıb verməkdə, kiminsə talançı biznesini himayə etməkdə, qabiliyyəti oldu olmadı qohumlarını vəzifələrə irəli çəkməkdə, hökumətin içindəki proseslərdən kənar və onlara zidd oyunlar qurmaqda, sahibkarlardan qanunsuz haqq yığmaqda, vəzifədən sui-istifadə etməkdə və bu sayaq başqa nadürüst əməllərdə hər hansı iştirak və ya marağın varmı, olubmu? Şəxsən sənin özünü incidən, təqib edən varmı?" 

Cavab verdi:

- Hardan, mən sadə bir məmuram, belə şeylərdən bilmərrə uzağam, işimi görürəm... 

Davam etdim:

- O adamlardan sənə nə? Mənə nə? Belə əməllərə görə vurulan naxçıvanlının, ermənistanlının nə naxçıvanlılığa, nə Qərbi Azərbaycanlılığa, nə də ümumən azərbaycançılığa və dövlətçiliyə heç bir bağlılığı yoxdur, ola da bilməz. Belə əməl sahibləri haralı olmasından asılı olmayaraq qanunla "vurulmağı "haqq edirlər.

Onların əslində nə region, nə dövlət, nə də vətən təəssübkeşliyi var. Təəssübkeşlik ifadəsindən isə sənin kimi saf və siyasətdən uzaq insanları öz çirkin siyasi niyyətlərinin alətinə çevirmək üçün istifadə edirlər. İstəyirsən iqtidarçılıq elə, istəyirsən müxalifətçilik elə, tək dövlətçiliyi unutma və ona qarşı getmə. Ömrü boyu talançılıq və xalqa pislik edənlərin ifşa olunma anında saldıqları "naxçıvanlı-ermənistanlı vuruldu" kimi haray-həşirlərinin sadə naxçıvanlılara və Qərbi azərbaycanlılara qəti aidiyyatı yoxdur. Dövlətçilik mövqeyində səf tutan bu sadə zümrə üçün heç bir təqib və ya vurulma təhlükəsi yoxdur və olmayacaq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR