"Oliqarxiya sistemi çökdürülməsə yoxsulluğu aradan qaldırmaq olmaz" - Qanun imzalandı

06 noyabr, 2021 21:18

Ukrayna prezidenti Vladimir Zelenski  oliqarxların ölkə siyasətinə təsirini məhdudlaşdırmağa yönəlmiş qanunu imzalayıb.

Zelenski noyabrın 5-də “antioliqarx” adlandırılan qanunu imzaladıqdan sonra ümid etdiyini bildirib ki, bu qanunvericilik aktı “zəngin və qüdrətlilərin dar elitasına yox, geniş cəmiyyətin” maraqlarına xidmət edəcək:

"Biznesmen nə qədər böyük olmasından asılı olmayaraq qanuna tabe şəkildə və başqa iqtisadi vahidlərlə bərabər şəraitdə işləməlidir. Əgər kimsə qanundan yan keçmək məqsədilə siyasətçiləri pulla almağı adət edibsə, onda hətta onların ən varlısı da bu adətlə vidalaşmalı olacaq”.

Ukrayna prezidenti bildirib ki, oliqarx sistemini sökməyin başqa yolu yoxdur:

“Bunsuz sadəcə olaraq Ukraynada yoxsulluğa üstün gəlmək və Avropa icmasına qoşulmaq mümkün olmayacaq”.

Parlamentin sentyabrda qəbul etdiyi bu qanunda oliqarxın hüquqi təfsiri verilir, onların qeydiyyatı üçün reyestr nəzərdə tutulur və rəsmilərdən oliqarxlarla hər hansı əlaqələrini bəyan etmək tələb edilir.

Qanun habelə oliqarxların hər hansı siyasi partiyanı, siyasi təşviqat və reklamı, nümayişləri maliyyələşdirməsini qadağan edir və onları dövlət mülkiyyətinin özəlləşdirilməsindən kənarlaşdırır. Birləşmiş Ştatlar və Avropa İttifaqı uzun müddətdir ki, Ukraynadan adi vətəndaşların həyatını ağırlaşdıran və siyasi nüfuza malik bir ovuc oliqarxın cilovunun çəkilməsini istəyir. Lakin qanunu tənqid edənlər deyirlər ki, ondan subyektiv məqsədlər üçün sui-istifadə edilə bilər.

Bu qanuna görə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası hər hansı bir şəxsin oliqarx kriteriyasına uyğun olub-olmadığını müəyyənləşdirməlidir. Habelə qanuna uyğun olaraq Nazirlər Şurası, Mərkəzi Bank üzvləri, Müdafiə Şurası, Antiinhisar Nazirliyi və ya Təhlükəszilik Xidməti oliqarx hesab etdiyi şəxsin adını, onun statusu barəsində qərar çıxarılması üçün Milli Təhlükəsizlik və Müdafiə Şurasına təqdim edə bilər.

Virtualaz.org

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...