"Zəngəzur dəhlizi olmayacaqsa, Laçın dəhlizi niyə olmalıdır?" - "Bu dəhlizə nəzarəti bərpa etməliyik"

07 noyabr, 2021 00:15

Rusiya Xarici İşlər Nazirliyinin 10 noyabr sazişinin ildönümü ilə bağlı yayımladığı bəyanat birmənalı qarşılanmayıb. Çünki həmin sənəddə pozitiv məqamlar yer almaqla bərabər, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə münasibətdə müəyyən mübahisəli ifadələrə də yol verilib.

Sözügedən bəyanata politoloq Elxan Şahinoğlu özünün sosial şəbəkə səhifəsində şərh verib. Politoloq qeyd edib ki, Rusiya bu bəyanatında həm Ermənistana, həm də Azərbaycana müəyyən mesajlar verib: “Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının imzalanmasının ildönümü ilə bağlı bəyanatı yayımlanıb. Bəyanatda diqqət çəkən hissələri bu şəkildə qruplaşdırmaq olar:

Birincisi, bəyanatda yazılıb ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinin sonradan demarkasiyası üçün müəyyənləşdirilməsi üzrə danışıqların başlanmasına kömək etməyə hazırdır. Azərbaycan sərhədlə bağlı danışıqların başlanacağı günü səbirsizliklə gözləyir. Rusiya XİN-nin bəyanatındakı “hesab edirik ki, problemin uzunmüddətli həlli Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası prosesinə başlanılması və onun sonradan demarkasiyasıdır” cümləsini dəstəkləyirik. Məsələni uzadan İrəvandır. Rusiya bunu Ermənistana anlatmalıdır.

İkincisi, bəyanatda yazılıb ki, Rusiya Ermənistan və Azərbaycanla danışıqları inhisara almayıb. Moskva bu cümlə ilə demək istəyib ki, prosesdə başqaları da iştirak edə bilər və Kreml Minsk Qrupundakı digər iki həmsədrə - ABŞ və Fransaya işarə edib. Kreml bilməmiş deyil ki, rəsmi Bakı bu fotmatın yenidən könhə metodlarla fəaliyyətini davam etdirməsinin əleyhinədir. Bölgənin iki əsas oyunçusu – Rusiya və Türkiyə var, əməkdaşlığın nüvəsini bu format təşkil etməlidir. 

Üçüncüsü, Rusiya XİN-nin bəyanatında ermənilərə və azərbaycanlılara maraqlı mesaj var: “Bəzi internet resurslarda Rusiyanın sülhpərvər fəaliyyəti Dağlıq Qarabağın Azərbaycana təhvil verilməsi kimi dəyərləndirilir və guya Rusiya Ermənistanı öz protektoratına çevirib. Bu açıqlamalar populist mahiyyət daşıyır, reallıqla heç bir bağlılığı yoxdur”.

Bəyanatın bu hissəsinin ermənilərə mesajı budur ki, “Rusiya Ermənistanı ağır məğlubiyyətdən xilas etdi, ona görə yerinizi bilin, Rusiya əleyhinə artıq-əskik danışmayın”. Rusiyanın bizə mesajı isə budur ki, “Rusiya Dağlıq Qarabağın Qarabağ və Şərqi Zəngəzur adlandırmasını qəbul etmir və Rusiya “Dağlıq Qarabağı” Azərbaycana təhvil verməyib”.

Dördüncüsü, Rusiya bir daha bəyan edib ki, Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin açılmasına tərəfdardır. Bəyanatdakı cümlə belədir: “Azərbaycan və Ermənistandan keçən nəqliyyat marşrutları bu ölkələrin ərazi bütövlüyü və suverenliyinə əsaslanmalıdır”.

Bəyanatda dəhliz ifadəsindən istifadə edilməyib. Əgər nəqliyyat marşrutları Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyildiyi kimi Azərbaycanla Ermənistanın ərazi bütövlüyü və suverenliyinə əsaslanmalıdırsa, bizə nə mane olur ki, Laçın dəhlizində sərhəd və gömrük xidməti yerləşdirməyək? Bizə Zəngəzurda dəhliz yaratmağa imkan vermirlərsə və bu məsələdə Moskva İrəvanla eyni mövqedən çıxış edirsə, biz niyə ermənilərə Laçın dəhlizini peşkəş etməliyik? Biz Rusiya XİN-nin bəyanatında yazıldığı kimi, Laçın dəhlizində ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməliyik.”

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR