"Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirir" - Prezident
12 noyabr, 2021 23:28
Sovet Ermənistanı yarananda Azərbaycan ərazisinin bir hissəsi bolşeviklər tərəfindən bu respublikaya verilmişdi.
“Faktiki olaraq Azərbaycan parçalandı və bir hissəsi ermənilərə verildi. Beləliklə, türk dünyası da bölündü”, - deyə Əliyev cümə günü İstanbulda keçirilən Türk sammitində çıxışı zamanı bildirib.
"Buna baxmayaraq, bu gün türk dünyası yenidən logistik layihələr vasitəsilə birləşir”, - deyə o əlavə edib.
Azərbaycanın Qarabağda qələbəsi kommunikasiyaların inkişafı deməkdir və bu baxımdan Zəngəzur dəhlizinin açılması vacibdir.
“Onun açılması bütün regiona geniş imkanlar verəcək, böyük potensiala malikdir və türk dünyasının bütün ölkələrini Avropa ilə birləşdirəcək", - Əliyev qeyd edib.