Rusiya 100 minlik ordu, onlarla gəmi ilə hücuma hazırlaşır

13 noyabr, 2021 09:44

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşır.

"Asiyaset" xəbər verir ki, bu sözləri axar.az-a Ordu Araşdırmaları, Konversiyaları və Silahsızlaşdırması üzrə Ukrayna Mərkəzinin Beynəlxalq işlər üzrə müdir müavini Mixail Samus son zamanlar Qara dənizdə yaşanan gərginlik haqda danışarkən deyib.

Hərbi analitikin sözlərinə görə, əslində Qara dənizdəki vəziyyət Rusiyanın Krımı işğal etdiyi ildən kökündən dəyişib:

“Bundan əvvəl Qara dəniz regionu tam sakitləşməyə, əmin-amanlığa doğru gedirdi və Qara dəniz tədricən biznes və mədəniyyət mübadiləsinin inkişaf zonasına çevriləcəkdi. Rusiyanın Krımı işğalından, Donbasda təcavüzə başlamasından, xüsusən də Krımı aviasiyasının ən son gəmi və sualtı qayıqları ilə öz nəhəng hərbi dəniz bazasına çevirməsindən sonra vəziyyət radikal formada dəyişdi. Hazırda Rusiya Federasiyası Ukrayna ərazisi ətrafına ordu toplayaraq, vəziyyəti daha da gərginləşdirməyə çalışır”.

Ukraynalı ekspertin sözlərinə görə, indi Krımda Rusiya Qara dəniz Donanmasının sualtı gəmilərinin arsenalında 300-ə yaxın raket var:

“Bunlar müxtəlif qanadlı raketlər, ballistik raketlər, məsələn, sualtı qayıqlar və gəmilərdə olan uzaqmənzilli raketlərdir, sözügedən raketlər 2000 km-ə qədər uçuş məsafəsinə malikdir və bu, təkcə Ukrayna ərazisini deyil, həm də Avropa qitəsinin əhəmiyyətli hissəsini təhdid altında saxlayır. Daima Ukrayna sərhədi yaxınlığında yüz minə yaxın əsgər, yüzlərlə təyyarə, tank, min zirehli texnika saxlanılır və bu vəziyyət 2014-cü ildən bu yana davam edir”.

Hərbi analitikin fikrincə, son baş verənlər Rusiyanın Ukraynaya hücuma hazırlaşdığını sübut edir:

“Son dönəmlərdə həm mətbuat, həm də kəşfiyyat xidmətlərinin məlumatlarına görə, Rusiyanın Ukrayna sərhədi ətrafında manevrlər etməsi, o cümlədən, qoşunlarını daxili ərazilərdən sərhədə yaxınlaşdırması Rusiyanın Ukraynaya genişmiqyaslı hücuma hazırlaşdığını göstərir. Öz növbəsində NATO, fikrimcə, Qara dəniz regionunda, Şərq Tərəfdaşlığı regionunda vəziyyətin sabitləşdirilməsi üçün kifayət qədər fəal addımlar atmır. Hesab edirəm ki, tarazlığı dəyişmək üçün sadəcə tək-tük gəmilərin Qara dənizə səfərləri kifayət deyil. Hazırda Rusiya donanmasının tamamilə dominantlıq etdiyi Qara dənizdə NATO Ukraynanın Hərbi Dəniz Qüvvələrini cəlb etməklə daimi eskadron yaratmalıdır. Bundan əlavə, NATO-nun Qara dənizdə Hərbi Dəniz Qüvvələrinin xüsusi komandanlığının yaradılması zəruridir”.

Xatırladaq ki, ötən gün Rusiya Müdafiə Nazirliyi ABŞ və onun NATO üzrə müttəfiqlərinin Qara dənizdə hərbi fəallığının artdığından narahatlığını dilə gətirib. Kreml ABŞ-ın bu addımını “Vaşinqton odla oynayır” deyə şərh edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR