Mahmudovun “sprutu” - eks-spikerlə sabiq nazirin sirli sövdələşməsinin gizlinləri

04 iyul, 2020 13:29

Eldar-Oqtay tandemi zərərsizləşdirilmiş kimi görünür; bu təhlükəli qruplaşmanın dövlətə, proseslərə təsir imkanları az da olsa qalmaqdadı; onların məşhur agent-deputatları isə hələlik istifadəyə yararsız vəziyyətə salınıb...

İllər ötür, vaxtilə hakimiyyət daxilində olmuş, hazırda revanşçı qruplar kimi fəaliyyətdə olduğu deyilən dəstələrin sıraları daha aydın şəkil alır. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ətrafına toplanan, ona “stavka” edənlər bu gün çoxluqdadır. Mahmudovun personasına diqqəti artıran və əsas birləşdirici məqama çevrilən 2015-ci ildən sonra onun qəribə bir şəkildə toxunulmaz şəxsə çevrilməsidir. Sabiq nazirin kompromat baqajına bel bağlayıb yola çıxanlar sırasında sabiq spiker də var.

Düzdür, Oqtay Əsədov işdən çıxarılandan sonra və vəzifənin verdiyi imkanlardan kənar elə də ciddi bir fiqur deyil. Amma E.Mahmudovun yanında olması maraqlı bir gedişatdan xəbər verir. Bu gün “sprut”un başı əzilmiş vəziyyətdədir, amma kəsilməyib, ətraflarını pis-yaxşı idarə etmək qabiliyyətini də saxlayır. Heç kimə sirr deyildi ki, Mahmudov-Əsədov tandemi vəzifədə olarkən alternativ idarəçilik, gizli iqtidar komandası yaratmışdı.

Eldar Mahmudovun özünün hakimiyyət içərisində nazir, nazir müavinləri, komitə rəhbərləri və müavinləri, məhkəmə sədrləri və hakimlər, prokurorlar və müstəntiqlər, idarə və şöbə müdirləri, rəislər, deputatlar, partiya sədrləri, qəzet, sayt redaktorları, jurnalistlər və QHT rəhbərləri, hətta müğənni və artistlərdən ibarət çox böyük bir komandası vardı. Əsədov isə həmin komandanın lap başında qərar tutmuşdu. Parlament də bu iki vəzifəlinin qalasına çevrilmişdi. Bunu heç gizlətmirdilər də. Məsələn, 2015-ci ilin fevralında, daha dəqiqi, fevralın 9-da Eldar Mahmudovla Oqtay Əsədov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının 95 illiyi ilə bağlı təbrikə imza atmışdılar. Həmin təbrik məktublarının surətləri KİV-lərdə qoşa verilirdi. Hər kəsə nazirlə spikerin sıx əlaqəsi haqda bu şəkildə mesajlar ötürülürdü. İlk baxışdan belə xırda nüanslar Mahmudovla Əsədov vəzifədə olanda ara-sıra gözə dəyirdi. İndi isə hər iki eks-məmurun yerində sakit oturduğu görünür. Görüntü belədir. Lakin istənilən müqaviməti təşkil edə biləcək gücdədirlər. Sabotajçı dəstələrini bir çırtma ilə hərəkətə gətirə bilərlər. İddialara görə, o qədər də uzaq olmayan paytaxtlarla bağlantıları da qalır. 

Oqtay Əsədovun Rusiyanın paytaxtında qurduğu biznes və daşınmaz əmlakları ilə bağlı sensasion məlumatlar illərdir ki, mətbuat səhifələrində dövr edir. Məsələn, bir neçə il əvvəl Rusiya polisi Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə əməliyyat keçirmişdi. Həmin ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz klubun Oqtay Əsədovun ailəsinə məxsus olduğu üzə çıxmışdı. Və bütün bunlar Oqtay Əsədov Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olduğu günlərdə üzə çıxmışdı. Başqa ölkənin paytaxtında dəyəri 10 milyonlarla ölçülən obyektləri spiker ailəsinin hansı pulla və niyə aldığı, öz obyektində biabırçılıqların baş verməsinə nədən imkan yaratmaları da sual doğururdu.

Oqtay Əsədovun ailəsinin Moskvadakı hüquqi və sosial ünvanlarından biri də “Triumph Palace”da yerləşirdi. Bu bina Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir. Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Çardağı ilə birgə hündürlüyü 214 metr, qülləsi ilə birlikdə isə 264 metrdir. Həmin binada Əsədovların 2 lüks mənzilə sahibliyi üzə çıxmışdı. Həmin mənzillərin birinin dəyəri devalivasiyaya qədər təxminən 2 milyon yarım, digərinin dəyəri isə 6 milyon dollar qiymətləndirilirdi. Ən əsası isə bu mənzillərin pəncərələri üzü Kremlədir...

İllər öncə Milli Məclisin spikeri Oqtay Əsədovun xidməti avtomobilində Milli Təhlükəsizlik Nazirliyinin binasına gedərək, nazir Eldar Mahmudovu iş otağında ziyarət etməsi mətbuatda böyük hay-küyə səbəb olmuşdu. Vəzifə səlahiyyətlərinə görə üst səviyyədə duran spikerin rəsmi tədbir olmadığı halda, bir nazirin kabinetinə getməsi çoxlarına haqlı olaraq şübhəli gəlmişdi. Oqtay Əsədov o dövrdə Eldar Mahmudovun kabinetinə getmə səbəbini onun 53 yaşının tamam olması ilə əlaqələndirmişdi. Lakin bu bəhanəyə inananlar çox olmadı. Üstəlik spikerin nazirlə ikilikdə söhbətinin saatlarla davam etməsi də diqqətdən yayınmamışdı. Oqtay Əsədov Eldar Mahmudovun “osvedomitel” rolunu bacarıqla yerinə yetirirdi. Əməliyyat işində belələrinə böyük ehtiyac var. Hər yerdə belə “qulaq”ların varlığı geniş şəbəkə qurmağa, həmin şəbəkə üzərindən işlər çevirməyə, ən müxtəlif təbəqələrin üzvlərinə tələlər düzəltməyə əlverişli şərait yaradır. Oqtay Əsədov da Eldar Mahmudova məlumatlar ötürürdü. Çox ciddi planları da var idi. Eldar Mahmudov hakimiyyəti devirməli, Oqtay Əsədovun rəhbərliyi altında yeni hakimiyyətin legitimliyi təsdiq olunmalı idi... Hər halda indiyədək ortada olan bu iddiaları nə E.Mahmudov, nə O.Əsədov təkzib edib. Susmağın özü də bir razılıq əlaməti sayılır.

Bu planının varlığı Mahmudovun ağına-bozuna baxmadan hər kəsdən pul qoparmaqda, qudası Cahangir Hacıyev vasitəsi ilə yarıdan çoxu dövlətə məxsus bankı “xortumlamaq” həvəsini də artırmışdı.

Bankı boşaldıb pulları xaricə transfer etmişdilər. Gözlədikləri baş verəndən sonra həmin astronomik məbləğlər hesabına ayaqda qalmağı planlayırdılar.

Eldar Mahmudovun dedikləri Oqtay Əsədov üçün qanun idi. Milli Məclisin Aparatı “mtnşik”lərlə, onların qohum-qardaşları ilə doldurulmuşdu. Əlbəttə, belə təyinatlar zamanı səriştə arxa planda olurdu. Məsələn, Eldar Mahmudovun “vuran əli” hesab olunan MTN generalı Akif Çovdarovun oğlu da Milli Məclis Aparatında yuxarı başda qərarlaşmışdı. Gəncənin keçmiş icra başçısının oğlu da Oqtay Əsədovun işçisi idi. Ailə-klan mənsubiyyətinə görə Milli Məclis Aparatına ayaq açanlar oradakı peşəkar kadrlara işləməyə imkan vermirdi. Bu tandem hakimiyyətə gələcəyi təqdirdə, fərqli bir situasiyanın şahidi olmayacaqdıq. Hazırda hakimiyyətdən kənar qalan Əsədovla Mahmudovun köhnə planlarından əl çəkdiklərini də kimsə söyləyə bilməz.

Düzdür, bu iki eks-məmurun gizli-aşkar agentlərindən bəziləri indi deputat deyillər. Məşhur agent-deputat 2015-ci ildən sonra istifadə müddəti bitmiş məhsul kimi kənara atılıb. O tək deyil, belələri siyasətdə yetəri qədərdi. Lakin ölkə Prezidentinin iradəsi, qətiyyəti bu cür agentura tullantılarının Milli Məclisə düşməsini, siyasətdə böyük təsir imkanlarına sahiblənmələrini əngəlləyir.

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?

02 yanvar

13:44 - "Təkcə Ermənistan hökuməti ilə deyil, həm də xalqı ilə sülh bağlayırıq" - Prezidentin köməkçisi13:41 - Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir13:39 - "Ukrayna üzərində Çin dronları uçur, çünki..." - Dmitri Jmaylo

29 dekabr

14:21 - Zelenski Trampdan 50 illik zəmanət istəyir14:18 - Prezident ailəsi ilə "Ağ Şəhər"də olub - FOTOLAR14:15 - Zalujnı Kiyevə qayıdır...

22 dekabr

09:40 - Bahalaşma dalğası davam edir - 2026-cı il risk altında09:36 - Paşinyan İlham Əliyevə təşəkkür etdi - "Bu, ən mühüm nailiyyətlərdən biridir"09:32 - ABŞ 30 ölkədəki səfirlərini geri çağırır - SƏBƏBLƏR

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR