Metryu Brayza İstanbul Zirvə Görüşünü şərh etdi - "Regionda böyük dəyişikliklərə səbəb olacaq"

15 noyabr, 2021 11:46

“Türk Dövlətləri Təşkilatı regionda iqtisadi inkişafın və sabitliyin katalizatoru rolunu oynaya bilər”. 

"Azsiyaset" xəbər verir ki, bunu report.az-a ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayza bildirib.

O deyib ki, bu il noyabrın 12-də İstanbulda keçirilmiş zirvə görüşündə Türk Şurasının adı Türk Dövlətləri Təşkilatına dəyişdirildi: 

“Hesab edirəm ki, bu, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın yeni və daha intensiv mərhələsini əks etdirir. Bu təşkilat Aralıq və Qara dənizdən, Xəzər dənizi və onun hüdudlarından kənaradək uzanan regionda iqtisadi inkişafın və sabitliyin katalizatoru rolunu oynaya bilər”.

Ekspert Türkmənistanın Türk Dövlətləri Təşkilatına müşahidəçi kimi qəbul edilməsini alqışladığını bildirib: 

“Bu addımın regional əməkdaşlığı daha da möhkəmləndirəcəyini gözləyirəm. Türkmənistan və Azərbaycan artıq logistika sahəsində vacib oyunçular kimi birgə fəaliyyət göstərərək malların Avropadan Mərkəzi Asiyaya və onun hüdudlarından kənara və əksinə, etibarlı daşınmasını təmin edir”.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra bu imkanlar daha da genişləndi, regionun təhlükəsizliyi isə daha sabit və öncədən müəyyən edilən hala gəldi.

“Müharibənin başa çatması haqqında 2020-ci il 10 noyabr tarixli bəyanat və onun “Bölgədəki nəqliyyat əlaqələri bərpa edilir” bəndi yeni iqtisadi artım imkanları üçün yol açmış oldu. Nəticədə, Zəngəzur dəhlizi layihəsi yüklərin avtomobil yolları və son nəticədə, dəmir yolu vasitəsilə daşınması üçün yeni marşrutun əsasını qoyur. Bu həmçinin potensial olaraq, gələcəkdə boru xətti vasitəsilə karbohidrogen ehtiyatlarının daşınmasına şərait yaradır. Bu cür yeni tranzit əlaqələri yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq, yeni investisiyaların stimullaşdırılması baxımından vacib əhəmiyyətə malik olacaq, iqtisadi artımı stimullaşdıracaq, həmçinin bütün Böyük Xəzər bölgəsində regional iqtisadi əməkdaşlığa imkan yaradacaq, bu isə Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi və saxlanmasına öz töhfəsini verəcək”, - M.Brayza diqqətə çatdırıb.

Ekspert həmçinin ötən həftə İstanbulda keçirilmiş zirvə görüşünün Türkiyə və Azərbaycan arasında əməkdaşlığın görünməmiş səviyyəyə çatdığını bir daha nümayiş etdirdiyini qeyd edib: 

“Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə Türk dünyasının Ali Ordenini təqdim edərkən Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə bağlı dediyi xoş sözlərdə də görmək olar. Təhlükəsizlik Şurası 1993-cü ildən etibarən Ermənistanın, təxminən, 30 il ərzində qanunsuz olaraq işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edirdi. Bu səbəbdən, Azərbaycanın İstanbulda keçirilmiş zirvə görüşü zamanı Türk Dövlətləri Təşkilatına sədrliyi Türkiyəyə təhvil verməsi həm simvolik, həm də strateji əhəmiyyətə malikdir. NATO-da ikinci ən böyük orduya, nəhəng və şaxələndirilmiş sənaye bazasına və 80 milyonluq əhaliyə malik Türkiyə həqiqətən də Türk Dövlətləri Təşkilatında və bütün Böyük Xəzər bölgəsində vacib oyunçudur”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR