Azərbaycanda məhbusların yarısı narkotikə görə həbs edilənlərdir - SOS!

15 noyabr, 2021 14:36

2021-ci ilin 9 ayı ərazində Azərbaycanda 1 ton 108 kq marixuana, 1 ton 277 kq tiryək,  2 ton 490 kq heroin, 72 kq həşiş və 701 kq digər narkotik maddələr aşkarlanaraq dövriyyədən çıxarılıb. Təxminən 5 ton 650 kq narkotikdən söhbət gedir. Bu, rəsmi statistikadır. Ancaq öncəki məqalələrimizin qeyd etmişdik ki, İrandan Azərbaycana hər ay ən aşağı keyfiyyətli 1 ton heroin gətirilir. Deməli, bu ilin 9 ay ərzində ölkəmizə təkcə 9 ton heroin daşınıb. Əgər bunun da 2 ton 490 kq-ı dövriyyədən çıxarılıbsa, o zaman 6 ton 510 kq heroin insanlarımızı zəhərləyib.

2017-ci ilin məlumatlarına görə, Azərbaycanda hər 7 məhbusdan biri cəzaçəkmə müəssisələrində narkotik maddələrlə bağlı cəza çəkirdi.

Bəs bu günkü mənzərə necədir?

Azsiyaset.com-un əldə etdiyi məlumatlara əsasən, 2021-ci ilin oktyabr ayının ortalarına qədər Azərbaycan həbsxanalarında 24 min nəfər yaxın məhbus (məhkum, istintaq altında olan) var idi. Bunun da 50%-i narkotik maddələrə görə həbs edilən şəxslərdir. Təsəvvür edin, ümumi məhbuslarının sayının yarısı - 12 min nəfər şəxs narkotik ittihamı ilə həbs olunanlardır. Bu, kifayət qədər ciddi rəqəmdir. Deməli, bu gün hər 10 məhbusdan 5-i narkotik maddələrlə bağlı cəza çəkir.

Cinayət təqibi orqanları bir məsələni qəbul etməlidir ki, plan doldurmaqla iş bitmir və həbslərin artırılması narkotiklə mübarizədə effektiv addımlar hesab oluna bilməz. Cinayət təqibi orqanları təkcə “həbs edən orqan” funksiyası rolunda çıxış etməməlidir, həm də narkotiklə mübarizə istiqamətində alternativ təkliflərlə çıxış etməlidir.

Həbsxanalarda yer yoxdur...

Avropa Şurasının "2018-ci ildə Avropada həbsxanalar və məhkumlar" adlı hesabatında göstərilirdi ki, Azərbaycanda cəza çəkənlərin 28,1 faizi narkotik maddələrə görə məhkum olunub. Hesabatda qeyd olunurdu ki, Azərbaycan narkotik maddələrə görə məhkum olunanların göstəricisinə görə isə 6-cı yerdədir və Azərbaycan məhkumların sayına görə Avropada üçüncüdür. Eyni zamanda Azərbaycanda hər on min nəfərə 235 məhbus düşdüyü bildirilirdi.

Göründüyü kimi, narkotiklə bağlı həbs olunanların sayı ilbəil artır, bu da Azərbaycan kimi ciddi siyasi-iqtisadi reputasiyaya malik ölkə üçün azuolunan hal deyil. Biz qalib ölkəyik, hazırda bütün dünyanın nəzərləri bizim torpaqlara fokuslanıb. Müasir dünya üçün “ilk qələbə presedenti” yaradan Azərbaycan kimi ciddi dayaqlara malik ölkə üçün narkomaniyanın qarşısını almaq mümkünsüz və müşkül məsələyə çevrilə bilməz.

Belə çıxır ki, narkotiklə mübarizə sahəsində görülən tədbirlər sırf fiziki ampulada çıxış edir və  ideoloji iş olduqca zəifdir. Heç şübhəsiz, ölkədə narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində təhsil müəssisələrində tədbirlər keçirilir, müxtəlif yerlərdə seminarlar təşkil olunur.

Ancaq bütün bunlar sadəcə hesabat xarakterlidir, bu tədbiri keçirənlər də müəyyən layihə çərçivəsində bunu reallaşdırmalı olurlar. Bağlı qapılar arxasında bir neçə məmurun, ictimaiyyət nümayəndəsinin keçirdiyi tədbirlərdə narkomaniyanın zərərindən danışmaq gəncləri narkotik maddələrdən necə çəkindirə bilər ki…

Binanın blokunda narkotik istifadə edirlər...

Yuxarıda qeyd etdiyimiz kimi, bu ilin oktyabr ayının ortalarına qədər olan statistikaya görə, Azərbaycan cəzaçəkmə müəssisələrində 24 min nəfər yaxın məhbus var.

Azsiyaset.com-un əldə etdiyi məlumatlara əsasən, 24 min nəfər məhbusun 11%-i , yəni 2600 nəfər şəxs 234.1-ci maddə ilə (satış məqsədi olmadan əldə etmə və saxlama) həbs edilib.

Məhbusların 34%-i 234.1.5-ci maddə ilə (satış məqsədilə əldə etmə və saxlama) həbs edilib. Bu da 6500 nəfər təşkil edir.

Təqsirləndirilən və istintaq altında olan şəxslərin sayı isə 2800 nəfərdir. Adi riyazi hesablama ilə bu rəqəmləri toplayanda aydın olur ki, həqiqətən də ölkədəki məhkumların 50%-i narkotik maddələrə görə həbs edilib.

12 min nəfərin içərisində məcburi müalicə tətbiq edilmiş şəxslər də var, onların da sayı 4 min nəfərdir.

Ölkəmizə İrandan gətirilən narkotiklərlə bağlı dəfələrlə analitik, statistik və araşdırma məqalərlə çıxış etmişik. Bu mövzuda ardıcıl və silsilə məqalələrin dərc olunduğu əsas xəbər portallarından biri də məhz Azsiyaset.com-dur. İrandan ölkəmizə narkotik maddələrin hansı marşrutlarla gətirilməsi, burada paylanması və sərhədlərimizin gücləndirilməsinin vacibliyi ilə bağlı onlarla əhəmiyyətli məqalələrlə çıxış etmişik.

Son aylarda İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Bəs İranın ölkəmizə qarşı başlatdığı narkoterror az da olsa, səngiyibmi? Ölkəmizə gətirilən narkotik maddələrin miqdarında azalma, yaxud artma varmı? Araşdırmalar göstərir ki, narkotik maddələr İrandan ölkəmizə hansı miqdarda və hansı şəkildə gətirilirdisə, proses yenə də əvvəlki qaydada davam edir. Yəni dəyişən heç nə yoxdur. İran narkotik satışından milyardlar qazanır, əldə etdiyi pulları özünün kəşfiyyat işlərinə, sanksiyalarin vurduğu zərərin qarşılanmasına sərf edir. Əvəzində isə Azərbaycan gəncliyi, milli genefondumuz məhv edilir. Digər tərəfdən, Azərbaycanda narkotik satışı zərgər dəqiqliyi ilə həyata keçirilir, narkoşəbəkə başgicəlləndirici gəlir əldə edir.

Məhkəmə işlərinin böyük hissəsini narkotik maddələrlə bağlı proseslər təşkil edir. Xüsusilə, narkotik maddələrə görə həbs edilən qadınların sayında da ciddi artım müşahidə olunur.

Narkotik maddələr müxtəlif şəkildə ailələrə daxil olur. Məsələn, gözəllik salonlarında “arıqlama”, “dieta” dərmanları adı altında evdar qadınlara narkotik maddələr satılır və bir müddət sonra evdar qadınlar da narkomana çevrilirlər.

Deməli, narkotiklə mübarizə narkoşəbəkəni də onun satışını fərqli üsullarla həyata keçirməyə məcbur edir. Təxminən bir il sonra narkotiklə mübarizə küçə platformasından çıxacaq, tamamilə fərqli platformalar narkotik satışının əsas məxrəcinə çevriləcək.

Onlayn satış narkotik madələrin dövriyyəsində yeni mərhələ idi. Tutaq ki, dövlət qurumları hər hansı bir şəkildə onlayn satış platformasına da nəzarəti ələ keçirdi. O zaman narkotik satışı sabah hansı şəkildə həyata keçiriləcək? Deməli, biz mübarizə üsullarını dəyişdikcə narkoşəbəkə də satış üsullarını dəyişir.

Belə çıxır ki, narkotiklə mübarizədə kompleks tədbirlər planı olmalıdır. Problem kökündən həll edilməlidir. Narkotik maddələrə qarşı taktiki addımlarla aparılan mübarizə prosesi qismən ləngidə bilər, ancaq qarşısını ala bilməz.  

Narkotik maddələrin istifadəsinin, satışının təşkil olunduğu əsas yer Bakı şəhəridir. Rayonlarımzda da bu göstərici çox yüksəkdir. Narkotik maddələrin istifadəçilərinin sayı isə durmadan artır.

Bakıda körpəsini küçəyə atıb narkotik qəbul edən "qadın"...

Prezident İlham Əliyev tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” da təsdiq edilib. Bircə yol qalır, narkotiklə mübarizədə ölkənn bütün inzibati, sosial, iqtisadi, siyasi-ictimai resurslarını bərpa etmək. Öncə sudan və qurudan dövlət sərhədlərimiz möhkəmləndirilməlidir.

Narkotik istifadəçiləri kiçik cinayətkarlardır, ancaq tonlarla narkotik satışını “xırdalayıb” həyata keçirənlər böyük cinayətkarlar… Əgər statistika aparsaq, böyük cinayətkarların - narkobaronların, onların himayəçilərindən neçə nəfəri həbs olunub? Ancaq… Həbsxanalar kiçik cinayətkarla doludur. Onlar çox az qram narkotiklə həbs edilənlərdir, onları həbsxanalarda da islah edə bilməyəcəyik. Sabah daha ciddi cinayətkar kimi həbsxanalarımızdan cəmiyyətimizə transfer olunacaqlar.

Narkotik millətin iradəsini şikəst edib, əzmini qırıb. Biz Qarabağı əbədiyyən əlimizdə saxlamaq istəyiriksə, gələcəyə sağlam nəsil verməliyik.

Əgər gələcəyə xəstə nəsil ötürsək, sabah yenə də suverenliyimiz, müstəqilliyimiz sual altına düşəcək.

Vaxt gedir… SOS! Həyəcan! Təcili!

Müəllif: Samir Feyruzov 

 

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"