"Ermənistanla əhatəli sülh sazişinə nail olacağımıza inanmıram"  - Fərid Şəfiyev

16 noyabr, 2021 10:48

“İlk növbədə Şuşada olan hadisə və sərhəddə, Kəlbəcərdə olan hadisə keyfiyyətcə fərqli hadisələrdir. Şuşadakı fərdi şəkildə törədilən terror aktıdır, sərhəddə isə təbii ki, Ermənistan ordusu təxribata yol verib”.

"Azsiyaset" xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

Ekspert düşünmür ki, bu hadisələr bir mərkəzdən idarə olunur: 

“Hətta Paşinyan hökuməti vəziyyəti gərginləşdirməkdə maraqlı deyil. Onu da qeyd edim ki, son vaxtlar Paşinyan tərəfindən müsbət mesajlar verilir. Bu o demək deyil ki, Paşinyan sülhpərvərdir, yox, sadəcə Paşinyan və onun ətrafındakılar dərk edirlər ki, hərbi cəhətdən məğlub olublar. Onların bəzi mesajlarına əsaslanaraq deyə bilərəm ki, iqtisadi təcriddən çıxmaq istəyirlər. Bu da o halda mümkün olacaq ki, Ermənistanın gələcəyi yalnız Türkiyə və Azərbaycanla normal əlaqələr qurmaqdan keçsin. Ermənistanın müdafiə nazirinin dəyişməsi onu göstərir ki, Müdafiə Nazirliyi Paşinyana tabe olmur. Sərhəddə olan təxribatın törədilməsi MN-in daxilində olan Nikol Paşinyan əleyhdarlarının əməlidir”.

Fərid Şəfiyev əlavə edib:

“O ki qaldı sülh sazişinə, inanmıram ki, əhatəli sülh sazişinə nail olaq. Biz sülhə addım-addım gedəcəyik, o da hələ getsə, əgər. Delimitasiya və demarkasiya çox vacib bir sazişdir, amma sülh sazişi deyil. Bu, ancaq sülh sazişinin bir elementi ola bilər. Bir daha qeyd edirəm, inanmıram ki, böyük sülh sazişi və həmin sazişdə delimitasiya ilə bağlı hansısa maddələr olacaq. Delimitasiya ilə bağlı yəqin ki, ayrıca bir sənəd imzalanacaq, həm də əgər Ermənistan tərəfi buna maraqlıdırsa...”

F.Şəfiyev onu da vurğulayıb ki, əslində, sərhəddə baş verən gərginlik Azərbaycan üçün faydalıdır:

“Bəli, bu, ordumuz üçün təhlükə yaradır, amma həm də onu da göstərir ki, sərhəd müəyyən olunmayıb və sərhədin müəyyənləşdirmək istəyirsinizsə, gəlin, delimitasiya sazişi imzalayaq. Şuşa yaxınlığında baş verən terrora gəlincə, Qarabağda olan ermənilər ümumən Paşinyana qarşıdırlar. Ən böyük problem Qarabağda tərksilah prosesininin həyata keçirilməməsidir və buna cavabdeh olan da Rusiya sülhməramlı qüvvələridir. Biz hər an, hər şeyi gözləməliyik. Terror aktları törədilə bilər. Ermənistan cəmiyyətində terrorizm, erməni milli hərəkatı 19-cu əsrdə məhz terrorla başlayıb. Ona görə də, sayıq olmalıyıq və məncə, müvafiq orqanlarımız buna hazırdır”, – deyə Fərid Şəfiyev fikrini tamamlayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR