Moskva yenə həmsədrləri geri qaytarmağa çalışır

17 noyabr, 2021 21:02

Son hadisələr Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası və delimitasiyası prosesinə tez bir zamanda başlanmasının vacibliyini təsdiq edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Ermənistan-Azərbaycan sərhədində baş verənlərə münasibət bildirən Rusiya XİN rəsmisi tərəfləri təmkinli olmağa çağırıb.

“Rusiya vasitəçilik səylərini davam etdirir. Rusiya vəziyyətin dinc müstəviyə keçməsi üçün tərəflərlə təmasdadır”, - M. Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, Bakı və İrəvanın rəsmi nümayəndələrinin bəyanatlarından görünür ki, tərəflər vəziyyəti bir-birinə diametral şəkildə qiymətləndirirlər və baş verənlərdə bir-birini günahlandırırlar: “Rusiya vəziyyətin dinc müstəviyə keçməsi üçün həm Azərbaycanla, həm də Ermənistanla təmasdadır. Dünən bizim ölkənin Prezidentinin Ermənistanın Baş naziri ilə telefon danışığı olub. Rusiya müdafiə naziri Sergey Şoyqu isə Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqlar aparıb. Bu vasitəçilik səyləri nəticəsində hərbi toqquşmalar dünən axşamdan dayandırılıb. Gərginliyi aradan qaldırmaq məqsədilə birgə iş aparılır.

Biz hər iki tərəfi təmkinli olmağa, yeni insidentlərə imkan verməməyə, bütün mübahisələri istisnasız olaraq siyasi-diplomatik yolla həll etməyə çağırırıq. Bundan sonra da tərəflərə regionda sülh və sabitliyin dəstəklənməsi naminə kömək etməyə hazırıq. Son hadisələr onu göstərir ki, Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyasi və delimitasiyası prosesinə tez bir zamanda başlanmasının, eləcə də daha əvvəl Rusiyanın təklifləri əsasında təqdim edilmiş müvafiq birgə komissiyanın işə başlamasının vacibliyini təsdiq edib. 

O ki qaldı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə, yəqin ki, siz onların 15 noyabr tarixli birgə bəyanatını görmüsünüz. Onlar baş verən sərhəd insidentindən öz narahatlıqlarını ifadə ediblər. Həmsədrlər aktiv vasitəçilik səylərini davam etdirirlər. Noyabrın 10-da UNESCO-nun Baş Assambleyası çərçivəsində həmsədrlərin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə birlikdə və ayrı-ayrılıqda görüşləri olub. Həmsədrlər hazırkı vəziyyəti müzakirə etmək üçün Vyanadadırlar. Biz bir daha həmsədrlərin tezliklə regiona səfərlərinin təşkilinin vacibliyini qeyd edirik”.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR