Ərdoğan hakimiyyətdən gedənə qədər Azərbaycan bunları etməlidir - "Ermənistanı məcbur etməliyik ki..."

19 noyabr, 2021 11:58

"Azərbaycan 2023-cü ilə qədər Ermənistanı təslimçi sülh müqaviləsi bağlamağa məcbur etməlidir”.

Sfera.az xəbər verir ki, bunu siyasi analitik Samir Feyruzov bildirib.

Siyasət yazarı 2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkilərinin gözlənilməz nəticələrinin ola biləcəyini deyərək, qarşıda duran və həllini gözləyən məsələlər barədə danışıb.

"Türkiyə ilə münasibətlər tamamilə strateji hal almalıdır. Əsas sual isə budur: Türkiyədə prezident postuna gələcək növbəti şəxs Ərdoğan kimi Qarabağla bağlı qətiyyətli mövqeyə sahib olacaqmı? Bu şəxs Əliyev-Ərdoğan arasındakı isti münasibətlərin davamçısına çevrilməlidir. Heç nə sıfırdan başlamamalıdır. Əks halda, bu, həm Türkiyə, həm də Azərbaycan üçün zərərli olacaq”.

S.Feyruzov bu xüsusda Rusiyanın Azərbaycana olan yanaşmasına da münasibət bildirib: "Əgər Ərdoğan prezident seçilməsə, 2024-cü il Rusiyada keçirilən prezident seçkilərinə qədər (1 il ərzində) Putin bizim üçün arzuolunmaz addımlar atacaq. Putin o addımlardan birinin anonsunu dünən verdi. Rusiya prezidenti Putin Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan danışarkən bildirdi:

".... Bir müddət əvvəlki atışmalar göstərdi ki, regionda vəziyyət tam sabitləşməyib. Azərbaycanla Ermənistan arasında mübahisəli məsələlərin tənzimlənməsi üzrə səylərin davamı üçün Rusiya diplomatiyasının rolu artır".

S.Feyruzov Putinin son açıqlamasını belə dəyərləndirib:

"Rusiya özünün sülhməramlı qüvvələrini 4 il sonra Qarabağdan çıxarmayacaq, bunu etməmək üçün Azərbaycan və Ermənistan arasında silahlı insidentər yaradacaq və nəticədə sülhməramlılara olan "ehtiyacı" artırmış olacaq. Rusiya elə bir situasiya yaratmağa çalışacaq ki, sülhməramlıların qalmasına zərurət yaransın”.

Əzizə Zeynal

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR