13-cü əcdad tapmacası: Xomeyninin səfəvilərlə qan qohumluğu varmı?

16 sentyabr, 2020 01:52

Əziz Rzazadə

Kiçik bir xatirəni “Facebook” səhifəsində paylaşdığımdan bəri maraq beynimi gəmirirdi: doğrudanmı Ayətullah Xomeyni Səfəvi nəslindəndir?

Sırf təsadüfən rastlaşdığım qeydi yalnız indi bir daha oxuyub, fərqli mənbələri gözdən keçirdim.

İlk qaynaq İslam Respublikası qurucusunun qardaşı Ayətullah Pəsəndidənin “Xatirələr”idir. “Adındakı “Din Şah” kəlməsi “Böyük Seyyid” mənası verən ulu babamız Hindistan sadatından (seyyidlərindən) idi və Kəşmirdə yaşayırdı” (səh.41).

Daha sonra (səh.42.) oxuyuruq: “Babamız, mərhum Seyyid Əhməd, Din Əlişahın oğlu Seyyid Əhməd Hindi qəməri 1240-50-ci illər arasında… ya ingilslərin zülmündən qurtulmaq, ya da Məsqət-ər-Rəsdən Ətabati-aliyyatın ziyarəti ilə əlaqədar Hindu-Kəşmirdən cəlayi-vətən oldu…”

“Xatirat”ın sonunda Həşmətullah Riyazi Yəzdiyə istinadla, Xomeyni nəslinin şəcərənaməsi təqdim olunub. Ona əsasən, hər 2 valideyni Hüseyni nəslindən olan Xomeyninin 13-cü əcdadı… Seyyid Heydər Musəvi Səfəvi Ərdəbilidir. Xomeyninin bu nəsildən olan uzaq əcdadı hicri 766-cı ildə böyük arif Mir Seyyid Əli Həmədaninin təlimini yaymaq üçün Kəşmirə gedib…

Əgər 13-cü əcdad Şeyx Heydərdirsə, 14-cü əcdad onun hansı oğludur və ana tərəfini kim təmsil edir?

Şeyx Heydər Səfəvinin Aləmşah Bəyimlə nikahından 5 oğlu olub: Sultan Əlişah, I Şah İsmayıl, İbrahim Mirzə, Süleyman Mirzə, Həsən Mirzə.

Bu halda Xomeyninin Səfəvilərə çatan uzaq 14-cü əcdadı kimdir?

Mənbələrə görə, Kəşmirə yollanmış mürid Şeyx Heydərin Seyyid Əli Həmədaninin bacısı qızı ilə nikahından doğulub.

Lakin daha geniş yayılmış başqa bir rəvayətə görə, Xomeyninin əcdadı nişapurlu Seyyid Məhəmməd adlı şəxsdir ki, Şah Sultan Hüseyn Səfəvinin zamanında xüsusi karvanla Hindistana yollanıb. Dehlidə məskunlaşmış bu ruhaninin nəvə-nəticələri isə sonrakı dövrdə Kəşmirdə kök salıblar.

Xomeyninin babası Seyyid Əhməd Hindi Nəcəf və Kərbəla səfəri zamanı Xomeyn şəhəri yaxınlığındakı “Fərahan”, yaxud “Fərfəhan” kəndindən olan Yusif xan Kəmərei adlı bir zadəganla tanış olub, onun dəvətilə İrana gəlib və daha sonra Yusif xanın qızı ilə evlənərək bu diyarı daimi məskən seçib.

Həmid Alqar, Con Espozito, Edvard Villet kimi dünyaca məşhur tədqiqatçılar Xomeyni xanədanının hind-Kəşmir qolunun araşdırılmasına daha çox diqqət yetiriblər. İslam Respublikasının qurucusu da bəzi qəzəllərini “Hindi” təxəllüsü ilə imzalayaraq, sanki köklərinin bu hissəsinə xüsusi bağlılığını xatırladıb.

Nəticə etibari ilə bir-birinə zidd başqa araşdırmalar, şəcərənamə nüsxələri var, amma şəxsən mənə aydın olan budur ki, bu yolun ağına düşməyə dəyməz, tarix bəzən çox amansız olur – sirrini heç kimə vermir.

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib