"Rusiyamın oyununda İrəvan yalnız piyadadır" - Korotçenko

23 noyabr, 2021 20:54

Soçidə yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə gözlənilən üçtərəfli görüş fonunda bu gün Nikol Paşinyanın Feysbuk hesabında keçirəcəyi mətbuat konfransı erməni istifadəçilər üçün son dərəcə maraqlı görünür.

Bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, İrəvanın üçtərəfli bəyanat üzrə öhdəliklərini (ilk növbədə Zəngəzur nəqliyyat dəhlizinin işə salınması, o cümlədən Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasına başlanması) əməli şəkildə yerinə yetirməsində israr edən Kremlin aydın mövqeyini nəzərə alaraq, Paşinyan Ermənistan cəmiyyətinə bu qərarların qaçılmazlığını izah etməli olacaq. Bu da təbii ki, Ermənistanın hazırki baş nazirinə qarşı müxalifətin növbəti hücumlarının artmasına səbəb ola bilər:

“Məhz buna görə də Paşinyan bu gecə Ermənistan cəmiyyətinə çox yaxın vaxtlarda təqdim edəcəyi “acı həb”i şirinləşdirməli, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında irəliləyişin qaçılmazlığının lehinə ən tutarlı arqumentlər tapmalı olacaq”.

Korotçenko bildirib ki, son aylarda erməni lobbisinin səyləri ilə Rusiyanın media məkanında Böyük Turanın dirçəliş təhlükəsini şişirtmək və Türkiyəni iblisləşdirmək üçün həyata keçirilən genişmiqyaslı kampaniya heç bir real nəticə vermədi:

“Fakt budur ki, Ankara ilə münasibətlərə dair bütün əsas qərarları şəxsən Vladimir Putin verir, erməni lobbisinin səyləri isə yalnız təbəssüm yaradır. Burada ən yaxşı nümunə Dmitri Peskovun Ərdoğana hədiyyə verilən (MHP sədri Dövlət Baxçalı tərəfindən - red) qədim türk torpaqlarının xəritəsini Kremlin görüb-görməməsi sualına cavabında sakit ironik reaksiyasıdır”.

Rusiyalı politoloqun fikrincə, bu gün Putin Qərbə qarşı eyni vaxtda geosiyasi şahmat oyununun bir neçə seansını keçirir, onun məqsədi Rusiyanın XXI əsrdə qalibiyyət mövqeyini təmin etməkdir. Və bu oyunda Ermənistan bu gün şahmatdakı kimi fil və ya top deyil, sadəcə bir piyada - “peşka”dır:

“Yuxarıdakı müqayisə ilə heç kimi incitmək istəmirəm, amma bu, sadəcə olaraq mövcud reallıqların ifadəsidir. Əvvəlki onilliklərdə Rusiya Ermənistana milyardlarla dollar sərmayə qoyub və onu Cənubi Qafqazdakı ən mühüm hərbi güc aktivi kimi gücləndirib. 44 günlük müharibənin reallıqları göstərdi ki, bu cür gözləntilər tamamilə özünü doğrultmur - rus pulları və rusların səyləri boşa çıxdı.

Odur ki, Kremlin geosiyasi oyununun yeni sessiyasında Ermənistan bu gün kədərli yerə (özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində) malikdir və başqa heç nə yoxdur. Məşhur atalar sözündə deyildiyi kimi, ayağını yorğanına görə uzat. İkinci Qarabağ müharibəsində qalib gəlmək lazım idi, amma uduzdunsa, onda yalnız e2 - e4 yolu ilə hərəkət edən piyada rolunu oynayacaqsan. Və başqa heç nə. Ancaq Rusiya Federasiyasının himayə altında və tərəfində”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR