Ramiz Mehdiyevin “ölüm” xəbəri nə üçün yayıldı? – Niyə məhz “Baku FM”

17 sentyabr, 2020 11:38

Dünən “Baku FM” adlı yutub kanalı Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin öldüyü barədə məlumat yaydı. Kanalın hazırladığı sujetdə R.Mehdiyevin ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Şübhəsiz ki, bu, dezinformasiyadır, şayiədir. Bəs “Baku FM” yutub kanalının belə bir yalan məlumat yaymaqda məqsədi nə ola bilər? R.Mehdiyevin “ölüm” xəbərini yaymaq hansı hədəfə hesablanıb və burada maraqlı tərəf kimlər ola bilər?

Qeyd edim ki, “Baku FM” yutub kanalı hazırda Almaniyada yaşayan “Kanal13”ün sahibi Anar Orucova və onun Bakıda yaşayan qardaşı Əziz Orucova məxsusdur.

İndiyə qədər müxtəlif siyasi intriqalarda adları hallanan Orucov qardaşlarının fəaliyyəti hər zaman ciddi suallar doğurub. Hətta sahibi olduqları “Kanal13” yutub kanalının müxtəlif paralellər üzərindən Almaniya və İran kəşfiyyat orqanları ilə əlaqəli olması barədə fikirlər də səslənən iddialar sırasındadır. Bakıdakı ofislərində xeyli sayda işçi saxlayan Orucov qardaşlarının maliyyə mənbələri barədə hüquq-mühafizə orqanları məlumatlı olmamış deyillər. Ancaq mən nəzərləri bu məsələnin siyasi tərəflərinə çəkmək istəyirəm:

Birincisi, R.Mehdiyevin “ödüyü” barədə sujet niyə məhz daha geniş izləyici olan “Kanal13”-də yox, “Baku FM”də yayımlandı?

İkincisi, 2009-cu il martın 18-də yutubda açılan “Baku FM”-in fəaliyyəti nə üçün bu günə qədər diqqət cəlb etməyib? Daha doğrusu, bu yutub kanalının sahibləri “Baku FM”-i niyə ikinci planda saxlamağa üstünlük veriblər?

Belarus hadisələrindən bir çox ölkələr, eləcə də, Azərbaycan müəyyən nəticələr çıxarmalıdır. Belarusda prezidentliyə namizəd Svetlana Tixonovskayanın əri Sergey Tixonovksinin nəzarətində olan onlarla yutub kanallar məhz seçkilərdən sonra peyda oldu.

Bu kanallara geniş izləyici kütləsi –abunə yığıb “ehtiyat resurs” kimi saxlayırlar. Belə sosial media resursları bir çox halllarda “açarlanıb” gizli saxlanılır. Ara-sıra dezinformasiyalar buraxmaqla cəmiyyətin nəbzini test edirlər. Və ölkədə siyasi sabitlik azca pozulan kimi bu kanallar qəfil hücuma başlayırlar. Bax, bu zaman kimin, necə və hardan hücum etdiyi bilinmir.

“Baku FM” yutub kanalı vasitəsilə R.Mehdiyevin “öldüyü” barədə məlumatın yayılmasında bir sıra məqsədlər ola bilər:

-- R.Mehdiyevin ətrafında baş verən hadisələrin səngiməsinin qarşısını almaq, onun ətrafındakı proseslərin yenidən qızışdırılması

-- R.Mehdiyevi bu dəfə daha aqressiv şəkildə yenidən açıqlama verməyə təhrik etmək

-- R.Mehdiyevin bu günə qədərki ittihamlarını konkret hədəfə yönəltmək (sözsüz ki, R.Mehdiyev hədəf göstərsə, bu hədəf hakimiyyətin içərisində müəyyən şəxslər olacaq. Necə ki, ad çəkməsə də, onun əvvəlki açıqlamalarından bu açıq görünürdü.

-- Hakimiyyətin ən üst təbəqəsində təmsil olunan şəxsləri R.Mehdiyevin növbəti yazısında hədəfə gətirmək

-- “Köhnə”lər və “yeni”lər arasında savaşı qızışdırmaq, bu istiqamətdə yeni cəbhə açmaq, vaxtilə hakimiyyətin ən üst təbəqəsində təmsil olunan  şəxslərlə hazırda hakimiyyətdə təmsil olunan iri ranqlı məmurlar arasında nifaqı daha da dərinləşdirmək, daha dərin çatlar yaratmaq

-- İctimai fikirdə hakimiyyətdaxili “bölücülüyü”n miqyasını daha da genişləndirərək ölkə idarəçilik üsuallarına qarşı daha böyük inamsızlıq yaratmaq  

Nəzər alsaq ki, Azərbaycanda “Boz kardinal” kimi tanınan  R.Mehdiyevin özünün bu xəbərə ilk reaksiyası belə ola bilərdi: "Mənə mesaj çatdırılır ki, sən artıq ölüsən! Çıx get, qoyualn tələblərə də riayət elə!".

Amma məsələyə “Baku FM”-in maraqları çərçivəsində baxsaq, görəcəyik ki, bu yutub kanalı da ilk mərhələdə “açarlanmış” funksiya yerinə yetirir. Ara-sıra dezinformasiyalar buraxmaqla cəmiyyətdə caşqınlıq yaratmaqda maraqlı görünür. “Baku FM”-nin R.Mehdiyevlə bağlı bu sujetinə 14 saat ərzində 113 min dəfə baxılıb. Kiçik göstərici deyil. Kanalın siyasi yüklü digər materiallarına baxış sayı bundan dəfələrlə azdır. Maraqlıdır... Əslində bu addımla “Baku FM” öz təyinatını, hansı məqsədlə yaradıldığını və gələcəkdə hansı istiqamətdə fəaliyyət göstərəcəyini bildirmiş oldu.

“Baku FM” “Kanal13”-ün törəmə tərkib hissələrindən biridir, böyük ehtimalla yutubda və Facebookda bu şəbkəyə - Orucov qardaşlarına müxtəlif adlarla məxsus onlarla belə kanallar, böyük səhifələr var. Əksəriyyəti də “açarlanmış”. Hələki mövsümü, amma nəbz yoxlayan materiallarla fəaliyyətlərini davam etdirirlər.

P.S. R.Mehdiyevin dövlətçilik sütunlarının dağıdılmasında, vətəndaş-dövlət münasibətlərinin sıfıra endirilməsində böyük "xidmət"ləri var, ölkədə "çətirlənmiş iqtisadi-siyasi monopoliya"nın əsas müəlliflərindəndir. Lakin xaricdə oturub maliyyə mənbələri qaranlıq olan internet resurslarla dezinformasiyalar yaymaq Azərbaycanın daxili işlərinə kənar müdaxilə, ictimai fikri çaşdırmağa yönəlmiş addımdır. 

Samir FEYRUZOV 

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR