Ermənistan-Azərbaycan münaqişəsinin 3 nizamlanma variantı - Yeni "Qobl planı" haqqında

02 dekabr, 2021 00:55

"Azsiyaset" amerikalı politoloq, ABŞ Dövlət Departamentinin sabiq xüsusi müşaviri Pol Qoblun Caliber.Az nəşrinə müsahibəsini rus dilindən tərcümə edərək oxuculara təqdim edir:

- Siz regiona və onun problemlərinə yaxşı bələdsiniz. Ona görə də Sizin fikirlərinizi bilmək maraqlıdır. 44 günlük savaşdan sonra Cənibi Qafqazda hansı dəyişikliklər baş verib?

- Azərbaycan "bufer" əraziləri (Azərbaycanın 7 rayonu nəzərdə tutulur-red.) və 1990-cı ilin ortalarından Ermənistanın nəzarətində olan Qarabağın bir hissəsini geri qaytarıb. Nəticədə tamamilə yeni vəziyyət yaranıb, Ermənistan öz fundamental zəifliyini və Rusiyadan asılılığını etiraf etməyə məcbur olub. 44 günlük savaş atəşin dayandırılması haqqında bəyanatla sona yetib. Lakin bu, sülh müqaviləsinin imzalanmasına gətirib çıxarmadı. Noyabr və yanvar bəyanatları sülh sazişi kimi deyil, yalnız bəyannamələr kimi qaldı. Hazırda problem ondan ibarətdir ki, bu münaqişəyə cəlb edilmiş tərəflər bu bəyanatları müxtəlif cür qəbul edir.

- Yəni Siz güman edirsiniz ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinə hələ çox var?

- Mən yaxın zamanlarda belə bir sülh sazişinin imzalanacağına təəccüb edərdim. Ermənistanla Azərbaycan arasında həll edilməmiş fundamental münaqişə var. Sülh sazişinin imzalanması üçün  hər iki tərəf bir birinin sərhədlərini tanımalıdır, bu isə mümkün deyil, çünki Qarabağın statusu barəsində ixtilaflar mövcuddur.

- Beləliklə də yeni savaş qaçılmazdır?

- Birmənalı deyə bilərəm ki, gərginlik get-gedə artacaq, dövrü olaraq hərbi toqquşmalar da mümkündür.

- Siz Türkiyənin və Rusiyanın regionda rolunu necə qiymətləndirirsiniz?

- Türkiyənin təsiri artır, Rusiyanın təsiri isə azalır, baxmayaraq ki, Rusiya Qarabağa öz "sülhməramlı"lılarını yeridib.

- Ermənistanda antiRusiya əhval-ruhiyyəsi artır. Erməni tərəfi bununla nə demək istəyir? Rusiyadan nəyə görə küskündür, münaqişəyə müdaxilə etmədiyinə görə?

- İrəvanın seçimi yoxdur, Rusiya da bunu bilir. Deməli, hazırki vəziyyətdə Moskva heç bir halda Ermənistana kömək edə bilmir, hətta bunu istəsə belə. Ona görə də erməni tərəfinin Rusiyaya şikayətlərinin əsası, mənası yoxdur. Anlamaq lazımdır ki, hal-hazırda hərbi qarşıdurma Azərbaycan ərazisində baş verir.

- Siz 90-cı illərdə Qarabağ münaqişəsinin nizamlanmasında özünüzün həll variantınızı təklif etmişdiniz. Bu gün sülhün bərqərar olması üçün nə təklif edə bilərdiniz?

- Zənnimcə, Ermənistanla Azərbaycan arasında olan qarşıdurmanın üç nizamlanma variantı var və tərəflər arasında sülh yarada bilər.

Birinci variant bir tərəfin digər tərəf üzərində qeyd-şərtsiz hərbi qələbəsidir.

İkinci variant xarici oyunçu tərəfindən sülh sazişinin zorla qəbul etdirilməsidir.

Üçüncü variant sövdələşmədir, bu zaman hər iki tərəf, Ermənistanla Azərbaycan istədiyi bir şeyi əldə edir, əvəzində özündə olduğu hər hansı bir şeydən imtina edir. Yəni Ermənistan və Azərbaycan güzəştlərə gedir, tərəflərdən hər biri ona lazım olanı əldə edir. İlk iki variant yalnız vaxtda uduş əldə etməyə imkan verir, üçüncü variant isə möhkəm sülh üçün yeganə yoldur.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR