Türkiyənin Maliyyə naziir postuna gətirilən şəxs kimdir? - "The Financial Times"

02 dekabr, 2021 15:54

Bu gün – dekabrın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nurəddin Nebatini xəzinə və maliyyə naziri postuna təyin edib. Ənənəvi siyasət tərəfdarı sayılan Lütfi Elvan isə vəzifəsindən istefa verib. 

Bu vəzifə dəyişikliyi lirənin təkcə ötən ay 27 faiz dəyər itirməsindən sonra baş verir. Xəbəri “Reuters” yayıb. Beynəlxalq münasibətlər oxumuş Nebati bundan öncə xəzinə və maliyyə nazirinin müavini vəzifəsində idi. 

“Allahım, nəticəni bizim üçün xeyirli et. Bizə işimizdə inam ver, işimizi uğurlu et. Allahım, mənə Prezidentimizin layiq gördüyü vəzifəni icra etmək gücü ver...” - yeni nazir Nebati tvitində yazıb.

N.Nebati ötən həftə deyirdi ki, Türkiyə illər boyu aşağı faiz dərəcəsi siyasəti yürütməyə çalışıb, amma güclü dirənişlə üzləşib. “Bu dəfə onu həyata keçirməkdə qətiyyətliyik. Mövcud bazar şərtləri ilə uçot dərəcəsini aşağı saxlamaqda problem olmaysacaq", - nazir tvittində yazıb.

Keçmiş baş nazir müavini, uzun müddət hakim AKP-nin üzvü olmuş Lütfi Elvan isə nazir vəzifəsində bir il qaldı. O, Ərdoğanın kürəkəni Berat Albayrakın yerinə təyin olunmuşdu.

“The Financial Times” Ərdoğana sadiq şəxsin maliyyə naziri postuna gətirildiyini yazıb. “Vaxtilə biznesmen olmuş Nebati Ərdoğanın kürəkəni Berat Albayrakın dostudur. Albayrak 2018-ci ildən maliyyə naziri olub, 2020-ci ilin noyabrda istefa verib. Avqustda Albayrakla Nebati İstanbulda bir restoranda yemək yeyərkən görüntüləniblər. 59 yaşlı Elvanın biznes cameəsində hörməti vardı, amma son aylar getdikcə daha çox təcrid olunurdu. O, açıq şəkildə deyirdi ki, hökumət inflyasiyanı azaltmağa, valyutanı sabit saxlamağa çalışır. Bu arada Mərkəzi Bank faiz dərəcəsini azaldırdı”, – məqalədə deyilir.

Ərdoğan isə ötən ay Elvanın mövqeyini dolayısı ilə tənqid edib. “Hakim partiyadan yuxarı faiz dərəcələrini müdafiə edən dostlarımız üçün üzgünəm, amma mən onlarla bir yolu gedə bilmərəm və getməyəcəyəm”, – prezident vurğulayıb.

Xatırladaq ki, dekabrın 1-də bir dollar 13.87 lirəyə qədər yüksəlib, sonradan 13.40 səviyyəsində dayanıb. Lirə bu il dollara qarşı 44% dəyər itirib.

Son iki il yarımda Ərdoğan Mərkəzi Bank başçısını üç dəfə dəyişib. İqtisadi təhlilçilərin fikrincə, siyasətdə qeyri-müəyyənlik və pis idarəçilik inflyasiyanı ikirəqəmli edib, rəsmi xarici valyuta ehtiyatlarını azaldıb.

Elvan vəzifəyə təyin olunandan o vaxt mərkəzi bank rəhbərliyinə gətirilmiş Naci Aqbal ilə birlikdə bazara dostyana münasibəti olan texnokratlar sayılırdılar. Ancaq bu ilin martında Ərdoğan Aqbalı qəfil vəzifədən çıxardı. Bu, faiz dərəcəsi 19%-ə qaldırılandan sonra baş verdi.

Sentyabrdan faiz dərəcəsini azaltmağa başlayan Mərkəzi Bank indi onu 15%-də saxlayıb. Bir çox təhlilçilər bu addımı ehtiyatsız hesab edir. Valyutanın iflası isə türklərinin qazancını yeyir, ölkənin xarici borc ehtiyatlarını kəskin artırır. Müxalifət erkən seçki tələb edir. (azadliq.org)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR