Qurban Məmmədovla Cavid Qurbanovu nə birləşdirir? - 35 minlik "paket"in missiyası

17 sentyabr, 2020 15:20

Bir neçə ay bundan öncə Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu “Yeni müsavat”ın canlı yayım efirində keçmiş Daxili İşlər naziri İsgəndər Həmidov haqqında ciddi ittihamlar səsləndirmişdi. O qeyd edirdi ki, Azərbaycan Xalq Hərəkatı (AXH) adlı qurumunun qurucularından olan İ.Həmidov əslən Kəlbəcər rayonundan olan bir məmurdan hər ay 35 min manat pul alır.

İ.Həmidov haqqında səsləndirdiyi iddiaların doğruluğunu sübut etmək üçün əlində ciddi faktların, səs yazılarının olduğunu bildirən A.Şakiroğlu onu da qeyd edir ki, həmin məmur aylıq “paket”i kəlbəcərli bir həkim vasitəsilə İ.Həmidova çatdırırmış. O, İ.Həmidova hədiyyə etdiyi smartfon telefonda bu barədə səs yazılarının şahidi olduğunu vurğulayır. Partiya sədrinin iddiasına əsasən, İ.Həmidov özünə dəyəri 100 min manat olan ağ rəngli “Prado” markalı maşın da (bacısı ərinin adına) alıbmış.

Kəlbəcər rayonunda anadan olan İ.Həmidov bu ilin fevral ayının 6-da vəfat edib. Allah rəhmət eləsin.

Azsiyasət.com xəbər verir ki, bu məsələni gündəmə gətirməyin səbəbi İ.Həmidova ötən il aylıq pul verdiyi iddia olunan məmurla bağlı siyasi mühacirlərin yenidən çeşidlənən fəaliyyətlərinin kontekstində yeni sensasion məlumatların əldə olunmasıdır.  

Bəs A.Şakiroğlunun iddia etdiyi kimi İ.Həmidova aylıq pul verən kəlbəcərli məmur kimdir?

Əslində İ.Həmidov haqqında yayılan bu məlumatlara, eləcə də, A.Şakiroğlunun onu girov götürməsi ilə bağlı yayılan söz-səhbətlərə 2019-cu il sentyabrın 5-də AXH-nin təsisçilərinin ALDP qərərgahında keçirilən mətbuat konfransında münasibət bildirərək həmin məmurun adını da çəkmişdi:

“Mən heç Cavid Qurbanovdan 35 min manat götürərəm? Ağasif məni girov saxlaya bilər. Bəzi insanların daxilində o qədər çirkab var ki, o çirkabı kiminsə adına yazırlar. Birdən elə qadınlar haqqında elə danışırlar ki, az qalırsan ağzını cırarsan. Amma polis rəisi niyə pul verməlidir. Bizim polis heç kəsə pul verən deyil. Axı 35 min puldur, 35 min gözəl bir xanımın ətridir”.

Bəli, söhbət “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdan gedir.

Son günlər siyasi mühacirlərin fəaliyyətində bir çeşidlənmə müşahidə olunur və onların Azərbaycanda əməkdaşlıq etdiyi şəxslərlə bağlı əldə olunan ciddi informasiyalar yuxarıda qeyd olunan ittihamları şərh etməyə imkan verir.  

Bildiyiniz kimi, AXH-də hazırda İngiltərədə yaşayan, bu gün Türkiyədə həbs olunduğu barədə xəbərlər yayılan “Azerifreedom” yutub kanalının rəhbəri Q.Məmmədov da təmsil olunurdu. “Təmsil olunurdu” desək, düz çıxmaz, demək olar ki, bu qurumun müəyyən bir mərhələ bütün “ideoloji” xəttini Q.Məmmədov formalaşdırıb. Ancaq məsələ başqadır.

Mərhum prezident Heydər Əliyev barədə, eləcə də, dövlət başçısı və onun ailəsi haqqında davamlı olaraq anti-təbliğat işləri aparan “Azerifreedom” kanalının Bakıda bir neçə “jurnalist"ləri var idi. Hazırda da var. Bu “jurnalist"lər Azərbaycandakı sosial problemləri, siyasi çaları olan hadisələri çəkib Q.Məmmodova göndərirlər, pulla satırlar. O da pulla aldığı bu videoları “Azerifreedom”da yayımlayır.

Bilirsinizmi, ən maraqlısı nədir?

Azsiyasət.com-a etibarlı mənbərlərdən daxil olan məlumata əsasən, Q.Məmmodova Azərbaycandan satılan videoların pullarını İ.Həmidov ödəyirmiş. Bir qisminin pulları karta köçürülür, onlardan bankdan çıxarırlarmış.

Ortaya maraqlı bir sual çıxır: Bəs İ.Həmidov Q.Məmmədovun burdakı “mühasibi” kimi pulu kimdən alıb jurnalistlərə verirdi?

Görəsən, iddia olunduğu kimi, C.Qurbanovun hər ay İ.Həmidova verdiyi 35 min manat pulla bunun bir əlaqəsi var idimi?

Yaxud Azərbaycan hakimiyyətində demək olar ki, bütün məmurları adbaad öz yutub kanalında tənqid edən Q.Məmmodov indiyə qədər nə üçün C.Qurbanovla bağlı tənqidi material verməyib və bu barədə niyə danışmayıb?

Maraqlı bir paralellik də diqqəti cəlb edir. Məlumdur ki,Q.Məmmədovla İ.Həmidovun arası qəfil pisləşmişdi. Bu həmin vaxta təsadüf edirdi ki, İ.Həmidov bir müddət siyasətdən getdiyini bəyan eləmişdi.

A.Şakiroğlu iddia edir ki, İ.Həmidov AXH-dəki missiyasını tam şəkidlə yerinə yetirə bilmədiyinə görə, pul aldığı şəxs tərəfindən (Cavid Qurbanov – redaksiya) danlanmışdı. Ona görə də siyasi proseslərdən 40 gün kənarda saxlanılmaqla cəzalandırılmışdı.

Əldə olunan informasiyaların doğruluq yükünü daha da artıran A.Şakiroğlunun “Yeni müsavat”ın həmin canlı yayımında “hazırda başqa bir kəlbəcərli mühacir var ki, ona da həmin kəlbəcərli məmur buradan pul göndərir. Və ona deyir ki, kimi söyürsən söy, məni söymə. Həmin mühacir isə dövlət başçısını və onun ailəsini təhqir edir” fikirləridir.

Hazırda Fransada yaşayan siyasi mühacirlə C.Qurbanov arasındakı sövdələşmənin şok detalları barədə əldə olunan informasiyalar isə daha ilgincdir.

Azsiyasət.com

 

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR