Nazarbayev Krımı niyə Rusiya ərazisi kimi tanımayıb? - SƏBƏBLƏR...
05 dekabr, 2021 00:40
Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayev Krımla bağlı açıqlama verib.
Nazarbayev 2014-cü ildə Krımı niyə tanımadığı barədə fikrini belə əsaslandırıb:
"Biz Krımı Rusiya ərazisi kimi tanımırdıq, çünki o zaman mən Osetiyanı, Abxaziyanı, Kosovanı tanımalı olardım. Kosova da bizdən onları tanımağı xahiş edir".
Qeyd edək ki, Nazarbayev 7 il öncə Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun ölkəsini dəstəkləməsi ilə bağlı çağırışına müsbət reaksiya verməmişdi.