Çovdarov iş adamına 525 min dollar qaytarmalıdır - Ali Məhkəmə qərarı təsdiqlədi

18 sentyabr, 2020 00:25

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generallarının işində məhkəmə onlarla işadamının əlindən hədə-qorxuyla pulunun, başqa əmlaklarının alındığını təsdiqləsə də, ziyanın ödənilməsi üçün verilən mülki iddiaların əksəriyyətini təmin etməmişdi. Zərərçəkmişlərə deyilmişdi ki, ziyanı tələb etmək üçün özləri mülki qaydada ayrıca iddia qaldıra bilərlər. Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, indi həmin zərərçəkmişlərdən biri Zaur İbrahimov məhkəmə qərarı ilə keçmiş MTN gerenalı Akif Çovdarovun üzərinə 525 min dollar ödəmək öhdəliyi qoydurub.

Z.İbrahimov mobil telefon, danışıq kartları və kompüterlərin satışıyla məşğul olan "BakTel" MMC-nin rəhbəridir. O bildirir ki, 2009-cu ildə MTN işçiləri şirkətə basqın edib, sənədləri və əməkdaşlardan birini aparıb axşama qədər saxlayıblar. Daha sonra şirkətin əməkdaşını buraxıb, onu çağırıblar. Z.İbrahimovun sözlərinə görə, onu nazirlikdə Çovdarov qəbul edərək şirkətin əməkdaşlarından birinin "AyTel-MMM" ilə 550 min dollarlıq borc qalmaqalından qanışıb. Bildirib ki, "Aytel-MMM" keçmiş milli təhükəsizlik naziri Eldar Mahmudova məxsusdur, bu pul ödənilməlidir.

Z.İbrahimov deyir ki, Çovdarova həmin əməkdaşın sözügedən qalmaqala görə məhkəmənin hökmü ilə artıq cəzalandırıldığını desə də, xeyri olmayıb. A.Çovdarov pulun ödənilməsini ondan tələb edib. Əks halda, dələduzluq ittihamıyla həbs olunacağı, rüsvay ediləcəyi haqda xəbərdarlıq olunub. O da 225, 200 və 100 min dollar olmaqla, üç dəfəyə 525 min dolları Çovdarova çatdırıb.

A.Çovdarov isə məhkəmə üzləşməsi zamanı onun yalan danışdığını bildirib. Onun sözlərinə görə, Z.İbrahimovun müəyyən şəxslərlə biznes problemləri vardı. Bu məsələ ilə əlaqədar onu qəbul edərək həmin şəxslərlə problemlərin aradan qaldırılmasını “tövsiyə edib”. Amma ondan pul almayıb. Lakin A.Çovdarov haqqında çıxarılan hökmdə isə zərərçəkmişin dedikləri həqiqət sayılıb. Bundan sonra Z.İbrahimov o pulun Çovdarovdan geri alınması üçün hüquqi addımlara başlayıb.

Şirkət rəhbəri Çovdarova qarşı iddiasında 525 min dollar maddi ziyanla yanaşı, 50 min manat da mənəvi ziyana görə təzminat tələb edib. Xəzər Rayon Məhkəməsi onun iddiasını təmin edib. Qərardan A.Çovdarov şikayət verib. Bakı Apelyasiya Məhkəməsi maddi ziyanla bağlı məbləği olduğu kimi saxlasa da, mənəvi ziyana görə təzminatı 500 manata salıb. Keçmiş MTN generalı bundan da Ali Məhkəməyə şikayət verib. 

Bu günlərdə işə baxan Ali Məhkəmə onun şikayətini təmin etməyib, onun üzərinə 525 min dollar və 500 manat ödəmək öhdəliyi qoyan məhkəmə qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Akif Çovdarov Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovdan aldığı 3 milyon dolları da geri qaytarmaqdan imtina edib. Çovdarov həbsdən çıxandan sonra T.Əhmədov mətbuata açıqlamasında demişdi ki, daha o pulu geri almaqdan əlini üzüb, amma Çovdarova da halallıq vermir...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR