Bakı məcburetmə əməliyyatına başlaya bilərmi? - Kuznetsov şərh edir

09 dekabr, 2021 00:52

Azərbaycan yeni müharibəyə və ya ən azı, Ermənistanı dövlət sərhədi xəttinin müəyyənləşdirilməsinə məcbur etmək üçün hərbi əməliyyatlara başlaya bilər.

"Azsiyaset" xəbər verir ki, bunu axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

Onun sözlərinə görə, əgər Azərbaycan cəmiyyətində bir müddət öncə Zəngəzur nəqliyyat dəhlizinin Azərbaycan tərəfindən Ermənistana qarşı hərbi təzyiq olmadan açılacağına əminlik mühiti mövcud idisə, bu gün artıq belə gözləntilər yoxdur və Prezident İlham Əliyevin bu mövzuda dünənki bəyanatı insidentlərin bu cür transformasiyasını yalnız təsdiq edir.

“Mən əminəm ki, Prezident Əliyevin Zəngəzur nəqliyyat dəhlizinin açılışının dəqiq tarixi barədə sualı Ermənistan tərəfindən cavabsiz qalacaq. Hətta bu sual heç dekabrın 15-də Brüsseldə Baş nazir Paşinyanla görüş zamanı da cavablanmayacaq. Brüssel Bakının yox, İrəvanın meydanıdır. Bu görüşü səbirsizliklə gözləyən də məhs Ermənistandır. Artıq hamıya bəlli olur ki, İrəvan öz xoşu ilə üçtərəfli sazişin tələblərini yerinə yetirmək istəməyəcək”, - deyə həmsöhbətimiz qeyd edib.

Kuznetsovun fikrincə, mövsümi təbii-iqlim şəraitinə və ərazinin xarakterinə görə Zəngəzur istiqamətindəki istənilən hərbi fəallıq çox çətin olacaq:

“Dağlarda, qış aylarında yayla müqayisədə hərbi əməliyyat aparmaq ikiqat, üçqat mürəkkəbdir. Buna görə də “Zəngəzur dəhlizinin açılmasına məcburetmə əməliyyatı”nın fəal fazasını gözləmirəm. Bütün bunlarla yanaşı, əgər Ukrayna ətrafında hərbi-siyasi gərginlik qış aylarında öz pik nöqtəsinə çatsa, dünyanın diqqəti məhz bu regiona yönələcək. Bu halda Azərbaycan bu “səs-küy”dən istifadə edərək Zəngəzur məsələsini birdəfəlik həll edə bilər. Qışa, çətinliyə baxmayaraq, Azərbaycan Ordusu bu missiyanı da layiqincə yerinə yetirə biləcək. Azərbaycan Ordusu istənilən yerdə, istənilən hava şəraitində hərbi əməliyyatlar teatrı çərçivəsində döyüşlər aparmaq üçün kifayət qədər təchiz edilib və hazırlanıb. Onu da qeyd edim ki, İlham Əliyev hazırda bir sözü ilə regionun taleyini dəyişə biləcək yeganə şəxsiyyətdir”. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR