Müflisləşən banklarda pulu qalanlar nə etməlidir? - "Vəsaitləri başqa cür qaytarmaq mümkün deyil..."

13 dekabr, 2021 13:37

“Bu ay bir neçə müflisləşmiş bankın kreditorar komitəsinin ilk iclası olacaq. Kreditorlar komitəsi müflis bankda pulu qalanların qurumudur. Həmin qurum ləğvediciyə, yəni Əmanətlərin Sığortalanması Fonduna nəzarət etməlidir ki, adıçəkilən qurum bankın olan-qalan əmlakının başına daş salmasın və onu kreditorlar arasında ədalətli şəkildə bölsün”.

"Azsiyaset" azpolitika.info-ya istinadla xəbər verir ki, bu fikirləri bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov səsləndirib:

Ekspert bunun üçün təkliflərini belə sıralayıb:

"1) Heç bir kreditora qanunsuz ödəniş etməsin (heç kəsi “qabağa salmasın”);

2) Bankın əmlakını qənaət rejimində idarə etsin (“otkat”lara, yersiz xərclərə yol verməsin);

3) Bankın əmlakını açıq hərracda tezliklə dürüst satsın (su qiymətinə satmasın);

4) Banka borcu olanlardan borcu vaxtında və dürüst tələb etsin (borclularla sövdələşməyə və güzəştlərə getməsin);

5) Pərdəarxası oyunlara getməsin, korrupsiyaya qurşanmasın və sairə".

Bütün bunlara necə nail olmaq olar?

Əkrəm Həsənov vurğulayır ki, bunun üçün kreditorlar komitəsi işlək qurum olmalıdır: "Kreditorlar vəsaitlərinin xeyli hissəsini qaytarmaq istəyirlərsə, komitə rəhbərliyinə peşəkarları cəlb etməlidirlər. Komitə ləğv prosesini tam nəzarətə götürməli, bütün sənədlərlə tanış olmalıdır. Bunun üçün apellyasiya məhkəməsindəki ləğv icraatına üçüncü şəxs kimi də qoşulmaq lazımdır".

Mütəxəssis əlavə edir ki, komitə ləğvedicidən rüblük hesabatları və ləğv planını alıb təhlil etməli, etirazlar və vəsatətlər verməlidir. Onun sözlərinə görə, Komitə bütün hərraclara nəzarət etməlidir: "Ən əsası isə banka borcu olan və barəsində məhkəmə prosesinə başlanılanlar barədə ləğvedicidən məlumat tələb etməlidir. Ləğvedici saf niyyətlidirsə, şəffaf olmalıdır".

Ə.Həsənov bildirir ki, komitə olmadan da ləğvedici qanunvericiliyin tələblərinə əsasən kreditorlara rüblük maliyyə hesabatı və ləğv planını təqdim etməlidir: "Amma etmir. Ləğv prosesi əvvəlki illərdə olduğu kimi qeyri-şəffaf və qanun pozuntuları ilə həyata keçirilir. Əmanətlərin Sığortalanması Fondunun hazırda savadlı və dürüst rəhbəri var. Amma orada başda müavini Vüqar Abdullayev olmaqla köhnə komandanın da nümayəndələri çoxdur. Onların necə işləməsinə isə yaxşı bələdik. Buna görə də komitələr elə ilk növbədə Fondun yeni rəhbərinə dəstək olmalıdırlar. Çünki o təkbaşına bu proseslərə nəzarət edə bilməz.Ümumiyyətlə, kreditorların özündən başqa ləğv prosesinin dürüst və ədalətli həyata keçirilməsində heç kəs daha çox maraqlı ola bilməz. Buna görə də fəal, prinsipial və ardıcıl olmaq lazımdır. Başqa cür pulları qaytarmaq mümkün deyil".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR