"Müharibə başlasa, Rusiya qoşunları cəmi üç günə Dnepr çayına çatacaq" - Amerikalı analitiklərin fikrincə...

15 dekabr, 2021 12:39

Ukrayna ilə müharibə başlasa Rusiya qoşunları 3-4 gün ərzində Dnepr çayına çatacaq.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya analizi şöbəsinin keçmiş direktoru Corc Bibi və Donald Tramp administrasiyasında müdafiə nazirinin müşaviri olmuş polkovnik Duqlas Makqreqor “The National İnterest” jurnalında dərc edilmiş məqaləsində bildirirlər.

Məqalə müəlliflərinin sözlərinə görə, şimaldan cənuba doğru min kilometrlik qövs boyu Rusiya tərəfi 200 minlik canlı qüvvəni döyüşə ata bilər. “Manevr qabiliyyətli yerüstü qüvvələr sıx təşkilatlanmış kəşfiyyat elementləri və güclü zərbə birləşmələri ilə əlaqəli şəkildə hərəkət edəcək”, - məqalədə deyilir.

Bibi və Makqreqor bildirirlər ki, Rusiyanın müharibəyə cəlb edəcəyi ümumi qüvvə 100-ə yaxın artilleriya batareyasından, o cümlədən BM-30 “Smerç” kimi dağıdıcı sistemlərdən ibarət ola bilər. Qeyd olunur ki, Ukrayna aerodromları, qərargahları, maddi-texniki təminat infrastrukturu “İsgəndər-M” raketləri ilə vurula bilərdi. Habelə havada Rusiya ordusu pilotsuz sistemlərdən, addi təyyarələrdən və yeni kamikadze-dronlardan istifadə edəcək.

Məqalədə qeyd olunur ki, Rusiyanın zərbə və manevr birləşmələrini hava və raket hücumlarından S-400 və S-500 zenit-raket kompleksləri qoruyacaq. Bibi və Makqreqor bu səbəbdən Ukrayna və ya ona köməyə gələcək NATO aviasiyasının aşkarlanmaq və məhv edilmək baxımından “olduqca əlçatan olacağını” qeyd edirlər.

Məqalədə deyilir ki, Bayden administrasiyası Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə birbaşa qarışmaq imkanlarını nəzərdən keçirmir. Bu səbəbdən Ukrayna ordusunun Rusiyanın nəhəng hərbi qüvvəsinə qarşı müqavimət imkanları olduqca şübhəlidir. “Belə şərtlərdə tamamilə ağlabatandır ki, Rusiya quru qoşunları Dnepr çayına cəmi 72-96 saat ərzində çata bilər”, - müəlliflər bildirirlər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR