"Azərbaycan üçün tamamilə yeni imkanlar açıla bilər..." - Aleksey Overçuk şərh edir

16 dekabr, 2021 13:06

Azərbaycan Asiya və Avropa bazarlarını birləşdirmək üçün tamamilə yeni imkanlara malik ola bilər. Yerli KİV-lər xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən “İnteqrasiya edilmiş proseslər kontekstində Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri” adlı konfransda deyib.

“Biz burada birlikdə işləyə və birgə uğur qazana bilərik. Rusiyanın Azərbaycana sərmayələri 4,5 milyard dollara, Azərbaycanın isə Rusiyaya sərmayələri 1,5 milyard dollara çatıb. Rusiya biznesi Azərbaycanda işləməkdə maraqlıdır və dəmir yollarının inkişafı və yaradılması, bərpa olunan enerji mənbələrinin, yüksək texnologiyalı müəssisələrin, logistikanın inkişafı üçün yaxşı perspektivlər var. İndi bizim qarşımızda Şimal-Cənub və Qərb-Şərqi birləşdirmək üçün yeni imkanlar açılmışdır. Bunun nəticəsində bütün qalib gələ bilər”, - Overçuk bildirib.

Overçuk həmçinin bildirib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması istiqamətində fəal iş aparılır.

Həmin  konfransda Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev də çıxış edib, Azərbaycanı Rusiyanın Cənubi Qafqaz regionundakı əsas tərəfdaşı adlandırıb.O, gələn il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağını bildirib: “Ötən müddət ərzində əməkdaşlığımız daim inkişaf edib”.

Baş nazirin müavini son iki ildə dünyanın koronavirus pandemiyası da daxil olmaqla bir sıra təhlükələrlə üzləşdiyini xatırladıb: “Yeni reallıqlar əməkdaşlığımız üçün yeni imkanlar açıb. İki ölkə arasında müxtəlif sahələrə dair 7 yol xəritəsi təsdiqlənib. Hazırda ölkəmizdə Rusiya kapitallı 1110-dək müəssisə fəaliyyət göstərir".

Ş.Mustafayev 44 günlük müharibədən sonra azad olunmuş ərazilərdə yeni əməkdaşlıq imkanlarının yarandığını söyləyib, bununla bağlı Rusiya tərəfindən 13 layihə təqdim edildiyini diqqətə çatdırıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR