Dövlət Komissiyası "Press-reliz" xidməti göstərir?   - Müsadirə olunan narkotik vasitələr və açıq suallar...

18 dekabr, 2021 14:01

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsnə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində (11 ay) qanunsuz dövriyyədən götürülən 6 ton 582 kq 702 qram narkotik vasitələr və psixotrop maddələr dövriyyədəm çıxarılıb. Dövriyyədən çıxarılan narkotik maddələrin və psixotrop maddələrin ümumi dəyəri isə 190 milyon manat (111 milyon ABŞ dolları) təşkil edir.

Azsiyaset.com qeyd edir ki, ötən il - 2020-ci ildə 4 ton 41 kq narkotik vasitələr aşkar olunaraq dövriyyədən çıxarılmışdı. 2021-ci ildə isə bu rəqəm 6 ton 582 kq 702 qram təşkil edir.

Həmçinin, 2020-ci ildə narkotiklərin qanunsuz dövriyəsi ilə bağlı 5221 cinayət faktı qeydə alınmışdısa, 2021-ci ildə 8095 cinayət faktı qeydə alınıb.

Komissiya qeyd edir ki, dövriyyədən çıxarılan narkotik vasitələr hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində mümkün olmuşdur.

Ancaq nədənsə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası növbəti dəfə yarımçıq fəaliyyəti ilə diqqət çəkir. Belə ki, dövriyyədən çıxarılan narkotik vasitələrin neçə faizinin hansı hüquq-mühafizə orqanının payına düşdüyünü açıqlamır, yaxud açıqlamaq istəmir.

Komissiya aydınlıq gətirilməlidir ki, dövriyyədən çıxarılan narkotik vasitələrin neçə faizi ayrı-ayrılqıda Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin payına düşür.

Komissiya əziyyət çəkib açıqlsın görək, 2021-ci ilin yanvar-noyabr ayları ərzində DGK nə qədər narkotik vasitələr aşkarlayıb!? Eləcə də, Komissiya DİN və DSX ilə bağlı da açıqlama verməlidir ki, dövriyyədən çıxarılan 6 ton 582 kq 702 qram naroktik vasitənin neçə faizi bu qurumların payına düşür.

Təəssüf ki, adıçəkilən Komissiya sadəcə “Press-reliz” xidməti kimi fəaliyyət göstərir. Onsuz da hüquq-mühafiə orqanları dövriyyədən çıxarılan narkotik vasitələrlə bağlı mütəmadi olaraq mətbuata operativ açıqlama verir. O zaman bu Komissiya bizə də məlum olan məlumatları “yeni iş prinsipi” kimi təqdim etməklə özünü niyə məhsuldar göstərir?

İllik büdcəsi 280 min manat olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası hüquq-mühafizə orqanlarının mətbuat xidmətinin bir “qolu” kimi fəaliyyət göstərirsə, vah halımıza... 

Məsələ bundadır ki, iki gün əvvəl – dekabrın 16-da Przident İlham Əliyev “Dövlət büdcəsindən maliyyələşən bir sıra təkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncam imzaladı. Sərəncama əsasən, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun da əməkhaqları 20% artırıldı.

2021-ci ilin avqust ayında Azsiyaset.com saytında "Ölkədə narkotik satanlar və istifadəçiləri həbs edilir, bəs niyə bircə nəfər "narkobaron" həbs edilmir?" - RƏYLƏR…” sərlövhəli tənqidi məqalədən sonra illərdir qış yuxusuna gedən Komissiya özündə cəsarət tapıb təcili iclas keçirmişdi. Dövlətin bütün qanadlarının, medianın və ictimaiyyətin narkotik vasitələrlə mübarizəyə səfərbər olunduğu bir ərəfədə Komissiya heç özünün veb-saytını da yeniləmirdi. Saytımızım tənqidi mövqeyindən sonra sayt da yenilənməyə başladı. Amma bu bəs eləmir, çünki hazırda özünün yarımçıq fəaliyyətini davam etdirməkdədir.

Qeyd edək ki, qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 582 kiloqram 702 qram narkotik vasitələrin və psixotrop maddələrin:

- 3 ton 192 kiloqram 532 qramını heroin,

- 1 ton 217 kiloqram 743 qramını marixuana,

- 1 ton 317 kiloqram 607 qramını tiryək,

- 73 kiloqram 693 qramını həşiş,

- 90 qramını kokain,

- 580 kiloqram 279 qramını psixotrop maddələr,

- 200 kiloqram 758 qramını isə digər narkotik vasitələr təşkil edib.

Əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməkdən ibarət olan Komissiyanın sistemsiz və “servis” ximdəti ciddi şəkildə təftiş olunmalıdır. Çünki narkotiklərlə mübarizə sahəsində adiyyatı qurumların hər hansı birinin fəalliyyətsizliyi ümumi prosesə mənfi təsir edir.

Müəllif: Samir Feyruzov

 

 

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...