İqtidar Ramiz Mehdiyevi bağışladı, yoxsa...

19 sentyabr, 2020 12:14

Sərdar Cəlaloğlu: “Əslində, hakimiyyət bu gedişlə Mehdiyevin onların qarşısında ayaq üstə hesabat verən kiçik bir vəzifəli şəxs olduğunu cəmiyyətə nümayiş etdirdi”

Sentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Azərbaycan Milli Elmlər Akademiyasının Nəqliyyat-Təsərrüfat və Təmir-Tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işləri ilə tanış olub. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son aylarda akademiyada aparılan islahatlar və görülən işlər bərədə Anar Ələkbərova ətraflı məlumat verib.

Ölkə prezidentinin köməkçisinin bu gedişi sosial şəbəkələrdə və bəzi saytlarda “hakimiyyətlə Ramiz Mehdiyev arasında münasibətlər düzəldi, yoxsa bu gedişin əslində fərqli mənası vardı” kimi şərhləri meydana gətirib.

İqtidar Ramiz Mehdiyevi bağışladımı? Yoxsa hakimiyyət Mehdiyevlə konfrontasiyaya getməkdən yayındı? Anar Ələkbərovun AMEA-ya getməsinin digər siyasi anlamı varmı?

Bəzi yorumlarda bildirilir ki, Anar Ələkbərovun AMEA-ya göndərilməsi, Ramiz Mehdiyevin ona hesabat verməsi əslində Mehdiyevi kiçik göstərməkdir.

Sərdar Cəlaloğlu

ADP sədri Sərdar Cəlaloğlu musavat.com-a bildirib ki, əslində, hakimiyyət bu gedişlə Ramiz Mehdiyevin onların qarşısında ayaq üstə hesabat verən kiçik bir vəzifəli şəxs olduğunu cəmiyyətə nümayiş etdirdi: 

“Əvvəla, Ramiz Mehdiyev əgər o cür yüksək vəzifədən çıxarıldıqdan sonra çox aşağı bir vəzifəyə keçməyə razılaşıbsa, həmin aşağı ranqlı vəzifənin də davranışlarını nümayiş elətdirməyə borcludur. Akademiyanın prezidenti böyük bir siyasi post deyil. O, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və digər yüksək dövlət orqanlarına hesabat verməlidir. Yəni əgər Ramiz Mehdiyev istəmirdisə vaxtı ilə özündən dəfələrlə aşağı yerlərdə olmuş şəxslərin, orqanların təmsilçilərinin qarşısında ayaq üstə hesabat versin, gərək o, yaşını filanı nəzərə alıb AMEA prezidenti vəzifəsindən imtina edəydi.

Məsələnin ikinci tərəfinə və sualınıza gəlincə, mən hesab edirəm ki, əslində hakimiyyət bu gedişlə Ramiz Mehdiyevin onların qarşısında ayaq üstə hesabat verən kiçik bir vəzifəli şəxs olduğunu cəmiyyətə nümayiş etdirdi. Bununla göstərdilər ki, Ramiz Mehdiyevi iqtidarın siyasətinə tabe etdiriblər. Bu mesajın mahiyyəti budur ki, Ramiz Mehdiyev kiçik bir məmur kimi hökumətə tabedir və onun artıq əvvəlki kimi dövlətin həyatında funksiyası yoxdur. Odur ki, mən Anar Ələkbərovun AMEA-ya gedişini Ramiz Mehdiyevlə iqtidarın barışması və ya iqtidarın onun qarşısından geri çəkilməsi kimi yozmağın yanlış olduğunu düşünürəm. Nəzərə alın ki, Anar Ələkbərov Ramiz Mehdiyevə hesabat vermirdi, Ramiz Mehdiyev Anar Ələkbərova hesabat verirdi. Mən bu gedişi iqtidarın Mehdiyevə qarşı atdığı çox düşünülmüş siyasi addım olduğunu hesab edirəm. Bu, Ramiz Mehdiyev erasının bitdiyinin elan edilməsi idi".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR