"Bu ultimatum o deməkdir ki, Moskva hərbi əməliyyatlara qərar verib..." - Qərb analitikləri

23 dekabr, 2021 14:45

Rusiyanın ABŞ və NATO-ya təqdim etdiyi təhlükəsizlik razılaşması layihəsi, bunun ardınca prezident Vladimir Putinin Müdafiə Nazirliyinin kollegiyasında verdiyi bəyanatlar ultimatumdur. Və Moskvanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlamaq üçün bəhanə formalaşdırdığını göstərir.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda Qərb analitikləri deyirlər. Xəbər verildiyi kimi, Rusiyanın təqdim etdiyi təhlükəsizlik təminatı layihəsində NATO-nun Ukrayna və digər keçmiş sovet respublikaları ərazisində, o cümlədən Cənubi Qafqazda istənilən hərbi fəaliyyətinin dayandırılması, Şərqi Avropada NATO-nun hərbi iştirakının zəiflədilməsi kimi tələblər yer alır. ABŞ və NATO rəhbərliyi bu tələbləri artıq rədd edib. Putin isə bəyan edib ki, əgər Rusiyanın şərtləri əsasında danışıqlar başlamasa Moskva “hərbi-texniki cavab addımları” görəcək.

“Bu, hərbi gücdən istifadəyə dair real təhdidə əsaslanan ultimatumdur. Rusiya prezidentinin sözləri və bu ölkə Xarici İşlər Nazirliyinin hərəkətləri göstərir ki, Moskva Ukraynaya qarşı hərbi əməliyyatlara başlamağa qərar verib”, - ABŞ-dakı hərbi-siyasi analiz Mərkəzinin Rusiya proqramının rəhbəri Maykl Kofman BBC rus xidmətinə bildirib.

Onun sözlərinə görə, sənəd layihəsinin Rusiya XİN-in saytında dərc edilməsi bunu göstərir ki, Moskva nəinki mümkün olmayanı tələb edir, eyni zamanda bunu elə formada edir ki, imtina cavabı alacağını dəqiq bilir. Çünki bu cür ciddi danışıqlar bağlı qapılar arxasında aparılır.

Barak Obama administrasiyası dövründə ABŞ-ın ATƏT-dəki və Gürcüstandakı səfiri vəzifələrində işləmiş Yan Kelli də bu qənaətlə razıdır.  “Ölkələr sənədlərin ciddi şəkildə müzakirəsini istəyirlərsə onları əvvəlcədən dərc etmirlər. Bu layihənin dərc edilməsi faktının özü onu danışıqlara dəvətə yox, tələbə çevirir”, - diplomat deyib.

Kellinin sözlərinə görə, Rusiyanın təklifi o dərəcədə birtərəflidir ki, onun müzakirəsi iflasa məhkumdur.  “Rusiyalılar bilirlər ki, biz avropalı müttəfiqlərimizin iştirakı olmadan Avropa təhlükəsizliyinə dair Rusiya ilə müzakirələr aparmayacağıq. Mən qorxuram ki, bu sənəd sadəcə olaraq bəhanədir və onların hazırlaşdığı hərbi əməliyyatlara haqq qazandırmaq üçündür. Rusiya bu tələbləri irəli sürür, bilərəkdən ki, biz onları müzakirə edə bilmərik, etməyəcəyik”, - Yan Kelli deyib.

O əlavə edib ki, Putin NATO-nun şərqə doğru genişlənməsinə ən azından 2008-ci ildən bəri etiraz edirdi, amma alyansın postsovet ölkələri ilə hər hansı hərbi əməkdaşlıqdan imtina etməsi tələbi artıq yenidir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR