Blinken və Stoltenberq Rusiya təhlükəsini müzakirə etdi - Əsas narahatlıq nədir?
24 dekabr, 2021 00:37
ABŞ Dövlət katibi Entoni Blinken və NATO rəhbəri Yens Stoltenberq Rusiya qoşunlarının Ukrayna sərhədində toplanmasından dolayı yaranan ümumi narahatlığı müzakirə ediblər.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Tərəflər NATO-nun Rusiyaya ikitərəfli yanaşması ilə bağlı fikir mübadiləsi aparıb.
Bildirilib ki, alyans əvvəlki qaydada Rusiya ilə konstruktiv dialoqa hazırdır və bununla yanaşı müttəfiqlərini qorumaq üçün vahid cəbhədən çıxış edir.