Növbəti Əliyev-Paşinyan görüşündən gözləntilər - "Rusiya sülhə razı deyil..."

28 dekabr, 2021 09:43

Bu gün - dekabrın 28-də Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammiti keçiriləcək. Həmin sammitdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında müəyyən təmasların olacağı da istisna edilmir.

N.Paşinyan bu günlərdə bildirib ki, hazırda sammit çərçivəsində Azərbaycan Prezidenti ilə ikitərəfli rəsmi görüş barədə təklif yoxdur: "Amma Azərbaycan prezidenti ilə orada təmaslar mütləq olacaq".

O, həmçinin bildirib ki, Ermənistan sülh sazişinin imzalanması üçün danışıqlara hazırdır. Bunu əvvəl Azərbaycan prezidenti də bir neçə dəfə dilə gətirib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə "Turan"a bildirib ki, Rusiyanın dəvəti ilə hər ilin axırı Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçirilir. 

Onun fikrincə, belə görüşlərin yalnız faydası var: "Müharibə artıq bitib, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və münasibətlər yalnız mehriban qonşuluq münasibətləri istiqamətinə yönəlməlidir".

O qeyd edib ki, Ermənistan tərəfdən hərdən konstruktiv fikirlər səslənir: "Azərbaycan tərəfi bunu görür və bunun ilk növbədə Ermənistanın xeyrinə olduğunun fərqindədir. Əgər Ermənistan Azərbaycanla münasibətləri kompleks şəkildə həll etmək istəyirsə, biz buna yalnız razılıq verə bilərik. Sərhədlərin demarkasiyası, Zəngəzur dəhlizinin açılması, ikitərəfli münasibətlərin daha geniş spektr alması – bütün bunlar müzakirə edilən məsələlərdir".

Onun fikrincə, hər görüşdə daha bir addım irəli getmək olar: "Üçüncü dövlətlərin və yaxud da beynəlxalq təşkilatların vasitəçiliyindən əlavə, iki dövlətin rəhbərləri və rəsmiləri artıq ikitərəfli kontaktda ola bilərlər".

Siyasi şərhçisi Azər Qasımlı isə "Azadlıq" radiosuna bildirib ki, sammitdəki görüşdən heç nə gözləmir: "Çünki oradakı görüşlər məhz MDB-yə aid olan məsələlər üzərində olacaq. Amma qeyd etmək lazımdır ki, MDB-yə aid olan elə də ciddi məsələlər yoxdur, sadəcə, formal xarakter daşıyır. Ara-sıra görüşürlər, söhbət edirlər və bütün bunlar Rusiya moderatorluğu ilə həyata keçirilir. Rusiya istəmir ki, bu kommunikasiyalar itsin".

Onun vurğulamasına görə, İlham Əliyev və Nikol Paşinyanın ikitərəfli formatda görüşləri daha məqsədəuyğundur: "Azərbaycan marağındadır ki, görüşlər məhz həmin formatda olsun. Bu formatdan... sülh müqaviləsi çıxmalıdır. Azərbaycanın marağında olan odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və bu ərazi bütövlüyü çərçivəsində də Qarabağ olsun. Paşinyan əvvəl demişdi ki, Ermənistan Azərbaycan ərazi bütövlüyünü 1991-ci ildə tanıyıb, amma bunun "Dağlıq Qarabağa" aidiyyəti yoxdur. Bu mövqeyi Paşinyan hələ ki, saxlayacaq".

A.Qasımlı hesab edir ki, yaxın zamanlarda sülh müqaviləsinin imzalanmasını gözləməyə dəyməz. Bunun əsas səbəbi kimi Ermənistanın keçmişdə "Dağlıq Qarabağ" adlanan ərazini Azərbaycanın tərkib hissəsi kimi görməyə, hələlilk,  hazır olmamasını göstərir. .

Onun sözlərinə görə, Rusiya da iki ölkə arasında sülh sazişinin imzalanmasında maraqlı deyil: "Çünki bu o deməkdir ki, Ermənistan Azərbaycanla öz problemini həll edib. Problem həll olunubsa, bu o deməkdir ki, sülhməramlı kontingentə orada ehtiyac yoxdur, artıq Azərbaycan bu məsələni qaldıra bilər".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR