Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...

20 sentyabr, 2020 10:36

Gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı sentyabrın 20-də qüvvəyə minir.

Bu gündən etibarən vətəndaş şəxsi məqsədlər üçün, bir ay ərzində 300 dollar limiti keçməmək şərtilə bir neçə dəfə bağlama sifariş edə biləcək. Hazırda bu limit 1000 dollardır.

Son günlər pandemiya səbəbindən bütün ölkə üzrə distant təhsilin məcburi olması ilə bağlı şagirdlərin və müəllimlərin kompüter və telefonlara tələbatı da kəskin artıb.

Bu tələbatı nəzərə alaraq Nazirlər Kabineti qərarın icrasını ertələyə bilərmi?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təəssüflə bildirib ki, hələlik bu qərara yenidən baxılması ilə bağlı hökumət təşəbbüs göstərməyib: 

"Qərar qüvvəyə minərsə, bu, vətəndaşların alıcılıq qabiliyyətinə ciddi təsir göstərəcək, vətəndaşların xaricdən daha ucuz qiymətə texnoloji avadanlıqlar gətirmək imkanları da məhdudlaşacaq. Hökumət, Təhsil Nazirliyi distant təhsilin təşkili üçün şagirdlərin və müəllimlərin texniki- texnoloji və internet təminatı ilə bağlı hələlik ciddi resurslar ayırmayıb".

Ekspert bildirib ki, əhalinin 50% -nin yaşadığı kəndlərdə təhsil xidmətlərinə əlçatımlıqla bağlı ciddi problemlər yaranıb.

"Bu baxımdan hökumətin , pandemiyanın, distant təhsilin davam etdiyi dövr üçün, gömrük limitini ya əvvəlki qaydada, ya da xaricdən ortabab kompüter və smartfon əldəətmək imkanları yaratmaq üçün 750 dollar civarında müəyyən etməsi məntiqli olardı. Ümid edirəm hər bir vətəndaş üçün təhsil xidmətlərinəəlçatanlığı təmin etməli olan hökumət bunun fərqində olacaq"-deyə Osman Gündüz vurğulayıb.

İqtisadçı ekspert Toğrul Vəliyev deyir ki, təhsil onlayn sistemə keçirilirsə, hökumət ilk növbədə lazım olan bütün infrastrukturu təmin etməlidir: 

"Ölkə Konstitusiyasında yazılıb ki, təhsil almaq hər bir vətəndaşın təməl hüququdur. Hökumət qurumları da insanların bu hüquqlarını təmin eməlidirlər".

T. Maşallı qeyd edir ki, gömrükdə limitlərin azaldılması bir qədər başqa məsələdir: "Əlbəttə, ölkəyə gətirilən elektronika avadanlıqların qiyməti artacaq, əlçatanlıq azalacaq. Amma təhsil məsələsi önəmlidir, onun həyata keçirilməsi təkcə bundan asılı deyil".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR