İŞİD əmirinin arvadı Ülkər Məmmədova təhlükəli terrorçulardan danışıb

02 yanvar, 2022 11:19

Xəbər verdiyimiz kimi, İŞİD-in “Türkiyə əmiri” olmuş Mustafa Dokumacının arvadı, Azərbaycan vətəndaşı Ülkər Məmmədova ötən ilin oktyabrında Suriyadan Türkiyəyə keçib və təslim olub.

O, istintaqla sövdələşməyə gedərək bir sıra təhlükəli terrorçuların barəsində məlumat verib və dekabrın sonlarında məhkəmə Ü.Məmmədovanı azad edib. O, özünün bildirdiyi kimi, Azərbaycanda imkanlı ailənin qızı olub, atası polkovnikdir və Mustafa Dokumacı ilə internetdə tanış olub, Türkiyəyə gedərək onunla evlənib və daha sonra əri və uşaqları ilə birlikdə Suriyaya gedib. İŞİD daxilindəki “Dokumacılar qrupu”nun rəhbəri olan Musfata Dokumacı ötən il pilotsuz aviasiyanın zərbəsi ilə məhv edilib. Həmin qrupun üzvləri 2015-ci ildə Ankara dəmir yol vağzalında 100-dən çox adamın həlak olması ilə nəticələnən terror hücumunu törətmişdi.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, Türkiyə mətbuatı Ülkər Məmmədovanın istintaqa bir neçə təhlükəli İŞİD terrorçusu barədə məlumatlar verdiyini yazır. Onlar Türkiyədən olan terrorçulardır və başlarına milyonlarla lirə mükafat təyin edilib.

Ü.Məmmədova Gaziantep Terrorla Mübarizə İdarəsinə verdiyi ifadədə Adıyaman bölgəsindən olan “Selman” ləqəbli İŞİD kəşfiyyat əmiri haqda danışıb. “İlk dəfə 2015-ci ildə Suriyanın Telabyad bölgəsində görmüşəm. Salman adlı şəxsin geydiyi “əfqani” qara rəngli idi. Qara rəngli “əfqanini” əsasən İŞİD-in kəşfiyyatçıları geyinirdi. Ən son onu İdlibdə gördüm. Sonuncu dəfə görəndə saçları uzanmışdı, kökəlmişdi, yanında bir gənc qadın, qadının da qucağında körpə vardı”, - Məmmədovanın ifadəsində deyilir.

Ü.Məmmədova habelə 2014-cü ildə iki İŞİD yaraqlısı ilə birlikdə Gaziantepdə tutulan, lakin məhkəmənin “yaxşı davranışa görə”  cəzasını endirib çox keçmədən azadlığa buraxdığı İŞİD cəlladı Ahmet Güneş haqda da danışıb. İddia edib ki, həmin şəxsin üzərində heç vaxt qılınc (İŞİD-çilərin baş kəsmək aləti) görməyib, amma onun tapança daşıdığını görüb. “2017-ci ilin sonlarında bombardman zamanı ölüb. Meyitini görməmişəm, amma qəbrini görmüşəm”, - azərbaycanlı qadın bildirib.

Ü.Məmmədova Gürcüstandan Türkiyəyə deportasiya edilsə də qaçıb Suriyaya keçən digər İŞİD əmiri Nusret Yılmaz haqda da məlumat verib. Onun İŞİD daxilində “Fursan əl-Xilafi” bölüyünün əmiri olduğunu deyib. “2017-ci ildə dron zərbəsi ilə öldürüldü. Dron vuranda üzərində daşıdığı partlayıcı da partlamışdı və bədəni parça-parça olmuşdu”, - o deyib. Nusret Yılmaz Türkiyə Daxili İşlər Nazirliyinin ən çox axtarılan terrorçular siyahısındadır, yaxalanmasına yardımçı olanlara 10 milyon TL mükafat vəd edilir.

Ü.Məmmədova habelə 2014-cü ildə Suruçda keçirilən əməliyyatla yaxalanan, amma 5 ay sonra qaçıb Suriyaya keçən Mustafa Delibaşlar adlı İŞİD terrorçusunu da tanıyır. “Menbiç şəhərinin polis əmiri idi. 2016-cı ildə Menbiç mühasirəyə alınanda öldürüldü”, - o deyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR