İran bu dəfə S-300 raketlərini səfərbər edir - SƏBƏB?

08 iyul, 2020 14:01

İran ordusunun Natanz nüvə zavodunda və Parçin hərbi bazasında son günlər bir-birinin ardınca baş vermiş sirli partlayışların ardınca Rusiyadan aldığı S-300 zenit-raket komplekslərini səfərbər etdiyinə dair görüntülər yayılıb.

Azsiyaset.com virtualaz.org-a istinadən xəbər verir ki, internet mənbələrində yer alan görüntülərə əsasən S-300 kompleksinin raketlərini daşıyan qoşqu mövqe rayonlarına doğru hərəkət edir.

Bəzi Rusiya mənbələri bu raketlərin yeni alındığını, Rusiyanın onları Xəzər dənizi üzərindən təcili qaydada İrana çatdırdığını iddia edir. Hərçənd İran Rusiyadan S-300 PMU “Favorit” zenit-raket komplekslərini çoxdan alıb və ehtimal ki, söhbət həmin komplekslərdən gedir. Bundan əvvəl İran ordusunun sovet istehsalı olan, ancaq yeni radarla təchiz edilmiş S-75 zenit-raket komplekslərini ölkənin şimal sərhədləri istiqamətində səfərbər etdiyinə dair görüntülər yayılmışdı.

İyulun 2-də İranın İsfahan əyalətindəki Natanz nüvə mərkəzində müəmmalı partlayış və yanğın baş verib. Nətticədə uranın zənginləşdirilməsində istifadə edilən qazın saxlanıldığı bina darmadağın olub. Bundan əvvəl isə İranın yeni silahların və raketlərin işlənib hazırlandığı Parçin hərbi bazasında partlayış baş verib.

“The New York Times” kəşfiyyat mənbələrinə istinadən Natanzda baş vermiş partlayışın İsrailin diversiyası olduğunu yazıb. Küveyt mənbələri isə idddia edib ki, İsrail Parçin hərbi bazasına F-35 qırıcısı ilə raket zərbəsi endirib.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR