Çenevrədə ABŞ-Rusiya danışıqları başladı - Moskva Vaşinqtondan nələri tələb edir?

10 yanvar, 2022 15:52

Cenevrədə ABŞ və Rusiya nümayəndə heyətlərinin danışıqları başlanıb. ABŞ Dövlət katibinin müavini Vendi Şerman və Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkovun görüşü ABŞ-ın Cenevrədəki missiyasında keçirilir. Görüş Moskvanın təhlükəsizlik tələbləri, Ukrayna ilə sərhəd yaxınlığına qoşun yığması fonunda baş tutur. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, ölkənin şərqində hökumət qüvvələri ilə savaşan separatçıları dəstəkləyir.

Rəsmi danışıqlardan öncə, yanvarın 9-da Şerman və Ryabkov Cenevrədə işçi nahar ediblər. "İki diplomat tərəflərin yanvarın 10-da əsas danışıqlarda müzakirə edəcəyi ikitərəfli mövzulara toxunublar", – Dövlət Departamenti yanvarın 9-da bildirib.

İkitərəfli danışıqlardan sonra yanvarın 12-də Brüsseldə NATO-Rusiya Şurasının, yanvarın 13-də isə Vyanada ATƏT çərçivəsində çoxtərəfli danışıqlar olacaq. Dövlət Departamenti Cenevrədə yalnız müəyyən ikitərəfli məsələlərin müzakirə olunacağını, avropalı müttəfiqlərin və tərəfdaşlar olmadan Avropanın təhlükəsizliyinin götür-qoy edilməcəyini bildirib.

Rusiya ABŞ və NATO-dan təhlükəsizlik zəmanətləri istəyir. Məlumata görə, Şerman görüşdə Birləşmiş Ştatların suverenlik, ərazi bütövlüyü və suveren ölkələrin öz alyanslarını seçmək azadlığı ilə bağlı beynəlxalq prinsiplərə sadiqliyini vurğulayıb. Söhbət Ukraynadan və onun NATO-ya qoşulmaq istəyindən gedir.

Ryabkov isə nahardan sonra jurnalistlərə deyib ki, tərəflər substantiv məsələləri müzakirə ediblər, 10 yanvar danışıqlarının çətin keçəcəyini gözləyir.

Dekabrda ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə iki dəfə telefonla danışıb. Putin NATO-nun şərqə doğru genişlənməsini, Ukrayna və Gürcüstan kimi keçmiş sovet respublikaları ilə əməkdaşlığı dayandırmasını tələb edir. Kreml həmçinin alyansın Şərqi Avropadan əsgər və silahlarını geri çəkməsini istəyir. ABŞ-ın Dövlət katibi Entoni Blinken Rusiya “Ukraynanın başına silah dirədiyi müddətdə” Moskva ilə danışıqlarda proqres olmayacağını deyir. “Bu ziddiyyətləri yoluna qoymağa cəhd etmək, qarşıdurmadan yayınmaq üçün dialoq və diplomatiya yolu var”, – Blinken yanvarın 9-da CNN-ə deyib.

Blinken başqa bir müsahibəsində deyib ki, Moskva Ukrayna ərazisinə daha çox girərsə, Rusiya kəskin sanksiyalar, ABŞ və müttəfiqlərinin təpkisi ilə üzləşər. (azadliq.org)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR