"Rusiya dünya nizamına meydan oxuyur" - Avropa İttifaqı

12 yanvar, 2022 14:36

“Rusiya Avropa İttifaqını (Aİ) əhəmiyyətsiz göstərmək və ABŞ-la Avropa arasında strateji parçalanmaya təkan vermək istəyir”.

Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell məqaləsində bildirib.

Aİ-nin Ali Nümayəndəsinin sözlərinə görə, Rusiya hakimiyyətinin ambisiyası "soyuq müharibə"dən sonra formalaşan siyasi və təhlükəsizlik nizamına meydan oxumaq, 1997-ci ildəki NATO-Rusiya təsis aktına qayıtmaqdır.

C.Borrell Rusiyanın əvvəllər qəbul etdiyi və indi sual altına qoyduğu üç prinsipi qeyd edib: “Birincisi, hər bir dövlətin “Paris Xartiyası” ilə tanınan beynəlxalq təşkilata mənsub olmaq və ya olmamaqla bağlı sərbəst seçim və müqavilə və ya ittifaqların iştirakçısı olmaq hüququ var. Bu əsas prinsipə meydan oxumaqla Moskva revizionist güc kimi çıxış edir. Rusiyanın nəzərində bu qadağa təkcə keçmiş Sovet İttifaqı ölkələrinə deyil, həm də İsveç və Finlandiya kimi Aİ üzvü olan ölkələrə şamil olunacaq. İkinci və üçüncü prinsip güc tətbiq etməmək və bütün dövlətlərin ərazi bütövlüyünə hörmət etməkdir. Rusiya artıq Gürcüstanda etdiyi kimi, Ukraynada da bu üç fundamental prinsipi pozur”.

O vurğulayıb ki, Rusiya təkcə iddialarla kifayətlənmir, həm də bunu Ukrayna sərhədində artan hərbi təzyiqlə müşayiət edir və tələbləri tam yerinə yetirilməsə, Kiyevi yeni müdaxilə ilə hədələyir: “Rusiya Avropa İttifaqını əhəmiyyətsiz göstərmək və ABŞ-la Avropa arasında strateji parçalanmaya təkan vermək istəyir. Ukrayna və Belarus üzərində həlledici təsirə malik olduğunu qəbul etməyimizi istəyir, hələ Mərkəzi Asiyanı qeyd etmirəm. Mərkəzi Asiyanın Rusiya təhlükəsizliyinin perimetrinə daxil olması faktı təsdiqləyir ki, NATO məsələsi bəhanədir, çünki heç bir Mərkəzi Asiya dövləti NATO üzvlüyünə namizəd deyil. Qısası, Avropada sovet geosiyasi buzlağını bərpa etmək və ABŞ-la Avropa arasında əlaqəni kəsməyə çalışmaq Moskvanın strateji hədəfləri ola bilər”.

Ali Nümayəndə bütün bunların qəbuledilməz olduğunu diqqətə çatdırıb. O, dialoqun önəmli olduğunu da əlavə edib və bildirib ki, müzakirədən qaçmaq heç də səmərəli deyil.

Cenevrədə ABŞ və Rusiya arasında danışıqları və bu gün Brüsseldə keçirilən NATO-Rusiya danışıqlarına diqqət çəkən Borrell tərəflərin mövqelərinin bir-birindən çox uzaq olduğunu, lakin Aİ-nin öz rolunu tam şəkildə oynamağa davam edəcəyini qeyd edib. O, danışıqların və məsləhətləşmələrin davamının mümkünlüyünü istisna etməyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR