Ukrayna işğal oluna bilərmi? - Ərdoğan vəziyyəti müzakirə edəcəyinə söz verdi

18 yanvar, 2022 23:08

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Rusiya tərəfindən işğalı ssenarisini "reallıqdan uzaq" adlandırıb.

Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Türkiyə lideri onu Albaniyaya səfəri zamanı müşayiət edən jurnalistlərlə söhbətində qeyd edib ki, “belə bir addım atmaq üçün Moskva dünyada və ölkə daxilindəki vəziyyəti təhlil etməlidir”.

O bildirib ki, ötən gün Kiyevdə olan Azərbaycan prezidenti İlham Əliyevlə Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətindədir.

“Mən İlham Əliyevlə danışacam. Təbii ki, bu məsələləri Rusiya prezidenti Vladimir Putinlə müzakirə etmək vacibdir. Çünki bu bölgələr bir daha yeni müharibənin yükünü daşıya bilməz. Bu yanlış olardı. Müharibə ssenarisinin siyasi gündəmdən tamamilə çıxarılmasının vaxtı çatıb”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti vurğulayıb ki, müasir dünyada torpaqları işğal etmək istəyi arzulolunan nəticələrə gətirib çıxarmayacaq. “Putinlə hər söhbətimdə Türkiyənin Krımın işğalına qarşı olduğunu bəyan edirəm. Eyni mövqe Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən də Rusiya tərəfinin diqqətinə çatdırılır. Yəni Türkiyənin bu məsələdə mövqeyi birmənalıdır”, - deyə Ərdoğan bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR